Siyasət

  • 4 095

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sərhəd yoxdur” - Moskva Şəhər Dumasının sədri

image

“Rusiya ilə Azərbaycan arasındakı mədəni münasibətlər ən yüksək səviyyədədir”.SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov bildirib.O, iki ölkə arasındakı mədəni sahədə münasibətlərin yüksək səviyyədə olmasında səfir Polad Bülbüloğlunun rolunun xüsusi olduğunu vurğulayıb: “Deməliyəm ki, mədəni münasibətlərin bu səviyyədə olmasına görə, səfir Polad Bülbüloğluna böyük təşəkkür düşür. Məhz onun səyləri nəticəsində Azərbaycan mədəniyyəti Rusiyada təbliğ olunur, hansı ki, moskvalılar bunu böyük məmnuniyyətlə qəbul edirlər. Moskvada böyük Azərbaycan icması yaşayır. Onlar bizim keçirdiyimiz bütün mədəni tədbirlərə maraqla yanaşırlar və aktiv iştirak edirlər”.Moskva Şəhər Dumasının sədri ümumulikdə iki ölkə arasındakı bütün sahələrdə, iqtisadi, siyasi və humanitar əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. O, bu əlaqələrin uğurlu inkişafında dövlət başçıları arasındakı münasibətlərin rolunun da xüsusi olduğunu vurğulayıb: “Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sərhəd yoxdur”.

sia.az

Digər xəbərlər