YAP Neftçala rayon təşkilatının rəhbərliyi ahıl insanları ziyarət edib

YAP Neftçala Rayon təşkilatının rəhbərliyi 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə rayonun 100 yaşdan yuxarı sakinlərinə baş çəkiblər. SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən YAP Neftçala Rayon təşkilatının sədri Anar Cafarov, müavini Şəfəq Balaşova, YAP Neftçala Rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev və müavini Ataş Əsədov uzun ömürlü ahıl nənələr Beşdəli kəndində yaşayan 123 yaşlı (1896-cı il) Səmədova Sona Cəfər qızına və 100 yaşlı (1919-cu, il) Aşağ Qaramanlı kənd sakini Xankişiyeva Güllər Ağakişi qızına baş çəkərək onları Ahıllar Günü münasibətilə təbrik ediblər.YAP təmsilçiləri onların məişət şəraiti və səhhətləri, problemləri ilə tanış olublar. Ahıllar günü münasibəti ilə uzun ömürlü nənələrə partiya rəhbərliyi tərəfindən müxtəlif ərzaqlardan ibarət bağlamalar da hədiyyələr təqdim edilib.

sia.az