Bişkekdə MDB Baş Prokurorları Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilib

Bişkekdə MDB Baş Prokurorları Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilib.SİA xəbər verir ki, tədbirdə MDB-nin üzvü olan bütün ölkələrin Baş prokurorları və ya müavinləri iştirak ediblər.İclasda MDB-nin icraçı katibi Sergey Lebedevin iştirakçılara təbriki oxunub.Şuranın iclasında MDB ölkələrində hüquq-mühafizə fəaliyyətinin prosessual əsaslarının modernləşdirilməsi, cinayət işləri və ekstradisiya üzrə hüquqi kömək göstərilməsi, icra sənədlərinin yerinə yetirilməsi, cinayət qanunvericiliyində humanistlik, oğurlanmış aktivlərin qaytarılması, korrupsiyaya qarşı mübarizə, narkotik maddələrin dövriyyəsi ilə bağlı cinayətlər, həmçinin cinayətkarlığın aradan qaldırılmasında yeni üsul və texnologiyalardan istifadə edilməsinə dair məsələlər müzakirə olunub.İclasda korrupsiyaya qarşı mübarizədə Baş prokurorların əlaqələrinin təkmilləşdirilməsi, MDB məkanında insan hüquqlarının müdafiəsi, insan azadlığı, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq müqavilələrin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.İclasda Əlaqələndirmə Şurasının və onun Katibliyinin 2018-ci ildəki fəaliyyətinə yekun vurulub, 2019-2023-cü illərdə cinayətkarlığa qarşı birgə mübarizə üzrə dövlətlərarası proqramın həyata keçirilməsi üzrə Şuranın Planı, Şuranın yaradılmasının 25-ci ildönümünə hazırlıq Planı da təsdiqlənib.Ümumiyyətlə Şuranın iclasında 18 məsələyə baxılıb.Bildirilib ki, növbəti iclas 2020-ci ilin sentyabr-noyabr aylarında Daşkənddə keçiriləcək.

sia.az