Siyasət

  • 5 379

“Paşinyan siyasi autsayder kimi daim arxa plandadır” – BƏHRUZ QULİYEV

image

"Ermənistanın baş naziri Nikol Paşinyanın istər ölkəsi daxilində, istərsə də beynəlxalq aləmdə nüfuzunun aşağı düşməsi reallığı artıq göz önündədir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Ermənistanda keçirilmiş Avrasiya İqtisadi Forumu çərçivəsindəki sammitdə Paşinyana qarşı etinasız davranışları şərh edərkən deyib.Onun sözlərinə görə, bütün bu reallıqlar ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, erməni baş nazir nə ölkə ictimaiyyəti arasında, nə də beynəlxalq siyasi çevrələrdə heç bir nüfuz qazana bilməyib və bu faktor onun nəinki siyasət adamı, heç adi kiçik bölgəyə rəhbərlik edə bilmək qabiliyyətinə malik olmadığının bariz göstəricisidir. SİTAT: "Biz, elə də uzağa getməyərək Paşinyanın zaman-zaman müxtəlif çərçivələrdə keçirilən beynəlxalq tədbirlərdə daim arxa planda olması faktını da xatırlaya bilərik. Xüsusilə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi bir sıra tədbirlərdə ölkə rəhbərimizə göstərilən diqqət daim erməni baş nazirini siyasi autsayderlər sırasında dayanmasına səbəb olub. Misal üçün, bu xüsusda cənab Prezidentin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsi, o cümlədən, söz sahibi olaraq dəyərləndirilməsi də bu reallığı kifayət qədər isbatlamış olur"."Halbuki, Avrasiya İqtisadi İttifaqı sammitinin Yerevanda keçirilib və Paşinyanın ev sahibi olmasına baxmayaraq, onun ittifaqın əsas gücü hesab edilən ölkənin - Rusiyanın prezidenti Vladimir Putinlə görüşü ən sonuncu anda baş tutub", deyə qeyd edən Bəhruz Quliyev onu da vurğulayıb ki, bu amil artıq özü-özlüyündə bir sıra digər məqamları ehtiva etməkdədir: "Belə ki, bənzər görüşlərin protokol qaydalarına görə, görüşü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur və Paşinyanın hətta ən adi görüşlərdə hesaba alınmaması onun siyasi, eləcə də şəxsi nüfuzunun yox səviyyədə olduğunu sübut etdi. Əslində, onun iqtisadi və s güclərə sahib olan dövlət başçıları ilə yan-yana dayanmasının özü Ermənistan rəhbərliyinin cılızlığının, acizliyinin göstəricisidir".Siyasi ekspert əlavə edib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin ev sahibliyi etdiyi istənilən tədbirlərdə Onun hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir.Baş redaktor digər ilginc nüansa da diqqət çəkib. SİTAT: "Artıq Paşinyanın müxtəlif tədbirlərdə aparıcı dövlət adamları ilə selfi çəkdirmək marağı erməni ictimai rəyində birmənalı qarşılanmır. O, bəlkə də özü bilmədən sübut edir ki, siyasi rəhbərlik missiyası ilə selfi marağı üst-üstə düşməyən faktorlardır. Məsələn, onun ABŞ-a səfərini xatırlayaq və orada Donald Trampla selfi çəkdirməsini yada salaq. Paşinyan ABŞ prezidenti ilə ikitərəfli görüş keçirəcəyini hesablasa da, onu prezident administrasiyasının ən aşağı ranqlı əməkdaşı qəbul edib. Məgər bu faktlar da onun nə qədər səviyyəsiz baş nazir olduğunun göstəricisi ola bilməzmi? Əlbəttə ki, sözügedən məsələ birbaşa Nikol Paşinyanın qeyri-ciddi hökumət başçısı kimi qiymətləndirildiyinin sübutu, isbatıdır"."Beynəlxalq siyasi kuluarlarda qətiyyətli dövlət xadimi və qəbul edilən siyasi faktor olaraq, cənab İlham Əliyevin nüfuz üstünlüyü həm də belə nəticəyə gəlməyə əsas verir ki, bu reallıqların hər biri eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisidir. Əlbəttə ki, işğalçı, təcavüzkar, monoetnik və iflasa uğrayan Ermənistanın dövlət rəhbərliyi həmin reallığı dərk etməyə məhkumdur".

sia.az

Digər xəbərlər