Siyasət

  • 4 142

"Ermənistan anlamalıdır ki, Azərbaycan heç zaman işğalla barışmayacaq" RƏY-ÖZƏL

image

“Prezident İlham Əliyevin ötən gün Soçiyə səfəri zamanı Dağlıq Qarabağla bağlı Ermənistana mesajı xalqımızın tam, açıq fikirlərinin ifadəsidir. Bu mənada Ermənistan anlamalıdır ki, Azərbaycan heç zaman işğalla barışmayacaq. Ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyətdən ilk növbədə hüququn aliliyinə dəstək gözləyir.Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı tənqidini haqlı hesab edən millət vəkili söyləyib ki, ölkəmiz bu istiqamətdə öz mövqeyində hər zaman beynəlxalq hüququ normalarına arxalanır.A.Mollazadə düşünür ki, bu proses bundan sonra da davam edəcək və Azərbaycan bundan sonra atılan addımların da hər birinin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsinə çalışacaq.

sia.az

Digər xəbərlər