Siyasət

  • 3 364

"Piketdə iştirak edənlər təxribat törətməyi planlaşdırılmış insanlar idi" ÖZƏL-ŞƏRH

image

“Müxalifətin Azərbaycanda sosial bazası həddindən artıq zəif olduğundan, onların geniş piket keçirmək imkanlarını məhdudlaşdırır. Ona görə də, radikallar hər dəfə çalışırlar ki, şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda mitinq, piket keçirsinlər və qarşıdurmalar yaratsınlar. Bu isə Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 8-ci maddəsində göstərildiyi kimi, "ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağan edilir". Bu səbəbdən də, ölkədə ictimai asayişi təmin edən polislər məcburən bu cür piketlərin və mitinqlərin qarşısını alır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müxalifətə piket keçirmək üçün yer ayrılmışdı: "Amma müxalifətçilər onlar üçün müəyyən olunmuş məkanda deyil, tamam başqa yerdə piket keçirməyə cəhd etdilər. Təbii ki, onlar bununla vətəndaşların gediş-gəlişinə, məktəblərin iş fəaliyyətinə, şagirdlərin dərsə gedib-gəlməsinə maneçilik törətdi və onların haqlı narazılıqlarına səbəb oldu. Burada əsas məqsəd sırf təxribat xarakterinə yönəlmişdi və araqarışdırmaqdan ibarət idi. Bunun bariz nümunəsi o idi ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri o piketdə iştirak etmədi. Piketdə iştirak edən şəxslər ancaq təxribat törətmək üçün planlaşdırılmış insanlar idi. İkinci bir tərəfdən şəxsiyyət, dövlət, millət əleyhinə, eləcə də qarşıdurma ilə bağlı olan şüarların verilməsi qanunvericiliklə qadağan olunduğuna görə qabaqcadan təşkilatçılar xəbərdar olunmuşdular. Lakin buna baxmayaraq onlar çalışdılar ki, polisə müdaxilə etsinlər və nəticədə həmin epizodları çəkib “youtube” və digər sosial şəbəkələrdə yerləşdirməklə Avropanın başqa-başqa ölkələrinə göndərib bu gün Azərbaycanda olan ictimai-siyasi sabitliyə, Azərbaycandakı iqtisadi inkişafa, demokratiyaya və s. kölgə salsınlar. Onların əsas məqsədi bundan ibarət idi. Lakin məqsədlərinə nail olmadılar. Piket zamanı biz müşahidə etdik ki, müxalifçilər tərəfindən orada olan vətəndaşlara qarşı təzyiqlər, təhqirlər olundu, hətta onları münaqişəyə cəlb etməyə cəhdlər də olundu. Amma bunlara yol verilmədi və qarşısı alındı”.

sia.az

Digər xəbərlər