Siyasət

  • 3 955

Eldəniz Səlimov: “Əli Kərimli qanunsuz aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdu” RƏY-ÖZƏL

image

““Milli Şura” və onlara havadarlıq edənlər nə edirlər-etsinlər, heç zaman niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcək, ən əsası Azərbaycan xalqı və dövləti buna imkan verməyəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, Azərbaycan demokratik, hüquqi dövlətdir, ölkə qanunlarla və Konstitusiya idarə olunur: “Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlarla və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı şəhər icra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün də müvafiq yerlər ayırıb. Bir neçə gün öncə “Milli Şura”ya da müraciətlərinə cavab olaraq, mitinq üçün Lökbatanda yer ayrılmışdı. Əgər “Milli Şura” həqiqətən dedikləri kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayaqları malik idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirdilər. Bilirdilər ki, ora getsələr, daha da biabırçı duruma düşəcəklər, tədbirlərinə ən yaxşı halda min-iki mindən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Əli Kərimli qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdu. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün növbəti fürsət tanımağa çalışdılar. Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb, alınmır. Yenə də və bir daha fiaskoya, məğlubiyyətə məhkum oldular və olacaqlar. Həm də birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanda, hakimiyyət məsələsi küçələrdə həll olunmur. O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirlərsə, güclərini seçkilərdə sınasınlar, qalib gəlsinlər. Qabaqlarını kəsənvar?! Amma əmin deyillər, özləri-özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara da kim güvənəcək, etimad edəcək ki? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək, “bəlkə də qaytardılar” olmayacaq”.

sia.az

Digər xəbərlər