Siyasət

  • 3 227

"Aksiya iştirakçılarına dəfələrlə xəbərdarlıq edilmişdi" ÖZƏL-MÜNASİBƏT

image

"Qanunsuz aksiyanın keçirilməsi və bunun qarşısının polis tərəfindən alınması ilə bağlı Milli Şuranın təşkilat üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar qanunsuz mitinq keçirmək təşəbbüsündə israrlı olublar". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.Onun sözlərinə görə, bunlara Bakı Şəhər Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq tərəfindən müxtəlif formalarda bildirildi ki, qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınacaqdır: "Ancaq bu çağırışlara, qanuni tədbirlərə baxmayaraq onlar aksiyanı keçirməkdə israrlı oldular. Mən 8 oktyabr mitinqinə diqqəti çəkmək istərdim. 8 oktyabrda müxtəlif adamlar tərəfindən qanunsuz növbəti aksiyanın keçirilməsi ilə bağlı təkliflər və fikirlər səsləndirildi. Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada “Sərbəst toplaşmaq haqqında qanun”na görə 50 nəfər şəxsin iştirakı ilə nəzərdə tutulan piketin keçirilməsinə qanunvericilikdə icazə verilməsinə baxmayaraq ancaq onlar əlavə olaraq şəxslərin piketdə iştirakına çalışdılar və daha çox adamın ora gəlməsinə təşəbbüs göstərdilər. Həmin vaxtı da nəqliyyat axını, piydaların gediş-gəlişi intensiv oldu. Eləcə də küçə və prospektlərdə hərəkətin təşkili, ictimai qaydanın, təhlükəsizliyin qorunması, mühafizə olunması tamamilə iflic oldu.19 oktyabr qanunsuz aksiyasında təxminən 220 nəfərə yaxın şəxs aksiya keçirməyə cəhd edib. Ümumilikdə bu 220 nəfərdən 60 nəfər şəxs tərəfimizdən saxlanılaraq barəsində hüquq-mühafizə orqanlarının imkan verdiyi qanun çərçivəsində müvafiq tədbirlər görülüb. Saxlanılan şəxslər sırasında Əli Kərimli tərəfimizdən saxlanılan zaman o avtobusa mindirilən vaxtı baş nahiyyəsi avtobusun dəmir barmaqlığına dəymiş və yüngül zədə almışdır. Bunu görən polis əməkdaşları dərhal vətəndaşın narahatlığını nəzərə alaraq onun DİN-in müvafiq Hospitalına aparmaqla onun sağlamlıq vəziyyəti yoxlanılıb və bütün müayinələrdən keçirilib. Müayinə keçirildikdən sonra həmin vətəndaş sərbəst buraxılıb və yaşadığı ünvana getməsi tərəfimizdən təmin olunub".

sia.az

Digər xəbərlər