Siyasət

  • 3 568

Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib

image

“Etiraz aksiyaları elə ölkələrdə keçirilir ki, burada heç bir inkişaf, sosial siyasət prioritet məsələlər sırasında deyil, heç bir islahat aparılmır”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, sosial sahədə islahatları sistemili xarakter daşıyan, sosial siyasəti isə xüsusən son vaxtlar ən prioritet olan ölkədir. Onun sözlərinə görə, belə bir şəraitdə küçələrə çıxaraq hökumətdən və ölkə rəhbərliyindən artıq çoxdan və uğurla həyata keçirdiyi fəaliyyəti tələb etmək təxribatdan başqa bir şey deyil.
Deputat qeyd edib ki, adətən bu cür aksiyalar ölkədə keçiriləcək dövlət əhəmiyyətli, beynəlxalq tədbirlər ərəfəsində keçirilir: “Hazırkı qanunsuz aksiya cəhdi BMT-dən sonra dünyada ikinci ən böyük təşkilat, sədrliyi Azərbaycana keçmiş –Qoşulmama Hərəkatı sammiti kimi qlobal xarakterli tədbirin keçirilməsi ərəfəsində oldu. Bu, Azərbaycanın tarixində ən böyük sammitdir. Bu tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün yeni platforma rolunu oynayacaq və münaqişə həqiqətlərini, eləcə də Azərbaycanda baş verən prosesləri iştirakçı ölkələrin ali rəhbərliyinə çatdırmağa imkan yaradacaq. Sədrlik isə bizim üçün yeni imkanlar açacaq və dünyadakı mövqelərimizi hərtərəfli möhkəmləndirəcək”.
S.Fətəliyeva deyib ki, dünya ictimaiyyətinin bütün diqqəti ölkəmizə yönələcəyi məhz belə genişmiqyaslı tədbir ərəfəsində, müəyyən dairələr istər ölkə daxilində, istərsə də ölkədən kənarda gərginlik və qarşıdurma yaratmağa çalışırlar: “Lakin onlar unudurlar ki, ölkə rəhbərliyi ilə xalqın möhkəm birliyi ölkədəki sabitliyi sarsıda bilməz. Belə bir sual yaranır: bununla müxalifət nəyə nail olmağa çalışır? Bu cür sualların cavabı belədir: əsl müxalifət ölkənin inkişafı və xalqın rifahına alternativ yol təklif edən siyasi qüvvə hesab olunur. Yalançı müxalifətimizlə isə uzun illərdir heç bir konstruktiv ideyalar, təkliflər və elementar siyasi mədəniyyət görmürük. Əksinə, bu müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib”.
Deputat söyləyib ki, hazırda 1990-cı illərdəki vəziyyət yoxdur və Azərbaycan 28 il öncəki kimi deyil: “Bu gün Azərbaycan xalqının ehtiyaclarını, müasir dünyanın çağırışlarını və tələblərini dəqiq bilən və hər bir Azərbaycan vətəndaşının maraqlarını qorumağa və təmin etməyə, müstəqilliyi qorumağa və dövlətimizin mövqeyini möhkəmləndirməyə yönəlmiş daxili və xarici siyasəti məharətlə həyata keçirən təcrübəli, peşəkar bir liderin rəhbərliyi ilə güclü müstəqil dövlətdir”.

yap.org.az

Digər xəbərlər