Siyasət

  • 3 729

"Müxalifət çalışır ki, gənclərdən alət kimi istifadə etsin" ÖZƏL-MÜNASİBƏT

image

“Müxalifətin bazası artıq yox səviyyəsindədir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.Onun sözlərinə görə, müxalifətin məqsədi gündəmdə qalmaqdır: "Müxalifət çalışır ki, gənclərdən alət kimi istifadə etsin. Ancaq onlar buna da nail ola bilmirlər. Gənclərin qayğıları az olur. Psixologiyası düzgün formalaşmayan gənclərimiz də var. Onların da beyni boşdur və müxalifət liderləri istəyir ki, öz çirkin niyyətləri ilə onların beyinlərini doldursunlar. Müxalifət fikirləşir ki, asan əldə edə biləcəkləri gənclər ola bilər. Artıq gənclər də onlardan üz döndərib. Hesab edirəm ki, 10-15 nəfərlə nəyisə dəyişmək olmaz. Artıq dünya ictimaiyyəti də Azərbaycanın uğurlarını qəbul edir. Tarixə nəzər salsaq bunun hər zaman belə olduğunu görərik. Bütün dünya Azərbaycanın lider ölkə olduğunu qəbul edir. Xarici qüvvələr proseslərin necə yüksək səviyyədə inkişaf etdiyinə, demokratikləşmə prosesində əldə edilən uğurlara nə qədər göz yumsalar da artıq bunu bacarmırlar, əksinə reallığı etiraf etməyə başlayıblar. Bunu üçün də müxalifətin beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətini çəkmək üçün heç bir vasitəsi qalmayıb. Onların gücü artıq tükənib. Gündəmdə qalmaq üçün ancaq bu kimi aksiyalar və açıqlamalar verə bilirlər. Özlərini "müxalifətin lideri" adlandıranlardan kimsə regiona səfər etsin, görək kim qarşılayacaq onları? Bütün bunlar reallıqdır".

sia.az

Digər xəbərlər