Siyasət

  • 4 087

Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq

image

“Radikal müxalifət nümayəndələrinin 1990-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində doğrudanmı bu insanlarda heç bir inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var”. Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan artıq kosmik dövlətdir, ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik şurasının üzvü seçilib, Olimpiya səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük humanitar, siyasi tədbirlərə ev sahibliyi edib: “Noyabrın 25- 26-da Azərbaycanda böyük beynəlxalq tədbir-Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Vacib idimi ki, belə bir vəziyyətdə 28 may metrosunun yanında qarışıqıq yaradılsın? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki sizin sifariçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısınız. Demək, Azərbaycana nə qədər pisdirsə, onlara o qədər də yaxşıdır”.
Z.Əsgərov söyləyib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq: “Onlar qəsdlə belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. 1992-ci ildə mülki və siyasi hüquqlar haqqında paktı Əbulfəz Elçibəy imzalamışdı. Həmin Aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir. Onlar bilirlər ki, metronun yaxınlığında, 200 metr civarında mitinq keçirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq çağırış edirlər ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək. Sən kimsən axı hakimyyətin üstünə gedəsən. Avopadan, Aİ-dən bununla bağlı səslər gəlir. Əvvəla bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ökələrdə baş verən biabırçıqlıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq. Biz ölkə başçısını, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq”.
Milli Məclisin vitse-spikeri qeyd edib ki, Əli Kərimli hər şeyini itirib: “Heç olmasa gənclərə yazığın gəlsin. Qoy onlar gedib elmlə, təhsillə faydalı işlərlə məşğul olsunlar”.

yap.org.az

Digər xəbərlər