Siyasət

  • 3 075

"İslahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır" ÖZƏL-MÜNASİBƏT

image

"Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin də, islahatların da əsasında Azərbaycan xalqının rifahının təmin olunması məqsədləri dayanır". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır: "İslahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi və dərhal sonra struktural və kadr islahatlarına keçid başladı. Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırki mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də bir qədər diqqət etsək, kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. Çünki 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir və xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olunduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir. Çünki böyüyən iqtisadiyyatı idarəetmək və onu inkişafını təmin etmək qlobal iqtisadi çağrışlar və milli maraqlar kontekstində olduqca aktualdır.İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin də, islahatların da əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir".

sia.az

Digər xəbərlər