Siyasət

  • 4 244

Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub

image

Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təşviqində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, həmçinin dini konfessiyaların birgə layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.Bu məsələlər oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə görüşündə müzakirə edilib.Görüş zamanı, həmçinin Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılmasında bərabər əməkdaşlığın önəmi vurğulanıb.Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətlərdə tədbirlərin keçirilməsi, xarici dillərdə kitab və broşürlərin nəşr olunması, videoçarx və sənədli filmlərin hazırlanması, habelə video müraciətlərin edilməsinin əhəmiyyətinə toxunulub.

yap.org.az

Digər xəbərlər