Siyasət

  • 3 230

"Bəzi dairələr ölkəmizdə mövcud olan sabitlikdən narahatdırlar" RƏY-ÖZƏL

image

“Oktyabrın 19-da bəzi müxalifət partiyalarının Bakı şəhərində qanunsuz aksiya keçirməyə cəhd etməsinin məqsədi Azərbaycanda hökm sürən sabitliyi pozmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq, həyata keçirilən islahatlara xələl gətirməkdən ibarətdir. Ona görə də, cəmiyyətimiz tərəfindən bu qrupların fəaliyyəti qəbul olunmur”. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova deyib.O bildirib ki, destruktiv qrupların birləşdiyi “Milli şura” və AXCP xalqı xaosa, anarxiyaya, iğtişaşlara sürükləmək istəyir. Lakin onların bütün cəhdləri əbəsdir. “Çünki görülən bütün bu işlər möhkəm bünövrəyə əsaslanır. Bu bünövrənin əsasını qoyan isə Ümummilli Lider, xalqımızın böyük oğlu Heydər Əliyevdir. Xatirimizdədir ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişləri cəhdləri Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alındı. Xalqımız Ulu Öndərin çağırışına səs verərək destruktiv qüvvələrə layiqli cavab verdi. Bütün bunlardan sonra ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu, ölkəmizin bir çox sahələrində ciddi müsbət dəyişikliklər baş verdi, ölkəmiz dünya birliyində özünü etibarlı tərəfdaş kimi təsdiqlədi, beynəlxalq standartlara uyğun qanunlar qəbul olundu, müxtəlif sahələrdə islahatlar həyata keçirildi".Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən, YAP Siyasi Şurasının üzvü söyləyib ki, bəzi xarici dairələr ölkəmizdə mövcud olan sabitlikdən, əmin-amanlıqdan, inkişafdan narahatdır: "Bu destruktiv qruplar sözügedən o xarici dairələr tərəfindən maliyyələşir və onların məqsədi heç də Azərbaycanda demokratiyanı qorumaq deyil. Sadəcə, demokratiya pərdəsi altında ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmaq və son nəticədə isə suverenliyimizə, azadlığımıza, müstəqilliyimizə təhdid yaratmaqdır".İ.Hüseynova söyləyib ki, xaricdəki müəyyən bu qüvvələr ölkəmizdə xaos yaratmağa, Azərbaycanda əzmlə həyata keçirilən dövlət quruculuğu prosesinə xələl gətirmək istəyirlər: "Daxildəki bəzi müxalifət partiyaları isə öz şəxsi ambisiyaları naminə onlara xidmət edirlər, xalqın mənafeyini düşünmürlər. Amma xalqımız tərəfindən onlara dəstək verilmir. Bütövlükdə, hesab edirəm ki, xalqımız müdrik xalqdır, ağı qaradan seçməyi bacaran xalqdır".

sia.az

Digər xəbərlər