Siyasət

  • 3 489

"Hər bir normal dövlətdə və cəmiyyətlərdə sağlam müxalifətə ehtiyac var" ÖZƏL - ŞƏRH

image

"Azərbaycan xalqının maraqlarını ifadə etməyən kiçik bir qrupdan ibarət Milli Şura” adlı qaragüruhun 19 oktyabr tarixində əhalinin intensiv hərəkətinin mövcud olduğu paytaxtın müxtəlif ərazilərində reallaşdırmaq istədiyi qanunazidd aksiyanın birmənalı olaraq böyük əksəriyyət tərəfindən rədd edilməsi təsadüfi deyil. Əli Kərimli yaratmaq istədiyi şou ilə görüntü yaratmaq məqsədi güdürdü". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Onun sözlərinə görə, illərdir uğursuzluq girdabında çabalayan Əli Kərimli və onun azsaylı tərəfdarları məğlubiyyətlərini şəxsi keyfiyyətlərində, bacarıqsızlıqlarında deyil, hakimiyyətdə görürlər: "Bu adam başa düşmür ki, sosial dəstəyini xalqdan almayan istənilən siyasi iddia və ambisiya iflasa məhkumdur. Azərbaycan polisi qanunsuz istənilən aksiyanın qarşısını almaqla xaosun, özbaşınalığın və siyasi stabilliyin pozulması cəhdinin reallaşmasına qarşı hüququn, qanunun alternativ gücünü ortaya qoydu. Və beləliklə, polis vəzifə borcunu yerinə yetirmiş oldu. Əli Kərimli və onun azsaylı tərəfdarlarının müraciətinə cavab olaraq şəhər kənarında ərazi təklif olunmasına baxmayaraq bu qaragüruh qanunsuzluğa getməklə əslində məqsədlərinin etiraz aksiyası keçirmək olmadığını və siyasi şou yaratmaq niyyətlərini ortaya qoymuş oldular. Bakı şəhərində təxminən dörd milyon iki yüz min əhali yaşayır və mitinqə çıxanların sayı isə 500 nəfərdən də az idi.Deməli, təkcə Bakı sakinlərinin heç 0,01 faizi belə bu qüvvələri dəstəkləmir. Lap kərimlilərin dediyi kimi onların indiyədək təşkil etdiyi ən böyük aksiyalarda iştirakçı sayı lap on min olubsa belə, bu təkcə paytaxt əhalisinin təxminən 0,2 faizindən bir qədər çoxdur. Deməli, bu insanları ümümi dəstəkləyənlərinin sayı bütün hallarda sıfır tamlarla ifadə olunur. Bax, bunun fərqində olmaq lazım idi və 26 illik uğursuz müxalifətçiliyin daşını atıb faydalı bir işlə məşğul olmaq olardı. Fikirləşirəm ki, hər bir normal dövlətdə və cəmiyyətlərdə sağlam müxalifətə ehtiyac vardır və bu günkü sağlam müxalifətin formalaşmamasında ən böyük günah elə müxalifətçiliyi xalqın gözündən salan kərimlilərdədir.“Milli Şura”nın azsaylı tərəfdarlarının sərbəst toplaşmaq hüquqları olduğu halda sayı onların tərəfdarlarından on min dəfə artıq olan digər paytaxt sakinlərinin istirahət, işləmək hüququ da vardır və bu çoxluğun hüquqlarının pozulması hesabına 3-5 nəfər uğursuz insanın sərbəst toplaşmaq, hay-küy salmaq istəklərinin təmin edilməsi absurddur.Əli Kərimlinin açıq-aşkar polislə qarşıdurmaya getmək cəhdi, həbsdən azad olunandan sonra yazıq görkəm alması ilə polisə qarşı yaratmaq istədiyi inamsızlıq da faydasız idi. Çünki, bu yolla xalqda onun asayişini təmin edən polisə qarşı nifrət yaratmaq cəhdi keçərli deyil. Müdrik xalqımız baş verənlərin fərqindədir və bu kimi pozuculuq hallarının haradan idarə edilməsini, eyni zamanda, sifarişçilərinin kimlər olduğunu yaxşı bilir.Hansısa beynəlxalq qurumların, dövlətlərin siyasi dairələrinin radikal qüvvələrin qanunsuz əməllərinə haqq qazandırmaqla bağlı bəyanatları əbəsdir və riyakarlıqdan başqa bir şey deyildir. Bu kimi metodlarla müstəqil siyasət həyata keçirən və milli təəssübkeşliyi, xalqın maraqlarını hər şeydən üstün tutan dövlətimizə qarşı təzyiqlər keçərli deyildir. Və biz, bütün bu kimi məqsədli siyasi bəyanatları dövlətimizə qarşı təzyiq vasitəsi kimi qiymətləndiririk. Azərbaycanın haqq səsinə, işğalçı dövlətin bir milyondan çox sakinimizi dogma yurd-yuvasından didərgin salmasına hüquq pozuntusu kimi baxmayan siyasi riyakarlar dövlətimizin siyasi stabilliyini pozmaq istəyən, konkret qanunu pozmağı məqsəd götürmüş bir qrupun qanunla cəzalandırılmasını hüquq pozuntusu sayırlar. Erməni siyasi rəhbərliyi açıq şəkildə beynəlxalq qurumların, eləcə də dövlətlərin ərazi bütövlüyümüzlə bağlı qəraralarını ayaqlar altına salanda bunlar susmağı üstün tuturlar, amma, kərimli kimi bir uğursuz siyasətçinin qanunlarımızı açıq şəkildə pozmasına rəğmən polis tərəfindən saxlanılmasına qarşı dərhal səslərini çıxarırlar.Fikirləşirəm ki, müdrik xalqımız baş verənlərdən doğru-düzgün formada nəticə çıxarmaq iqtidarındadır və ölkəmizdə siyasi stabilliyin pozulmasına qarşı yönəlik bütün iyrənc planların və məkrli niyyətlərin iflasa uğraması da məhz xalqımızın siyasi cəhətdən kifayət qədər yetkin olmasındadır".

İlqar Orucov, fəlsəfə doktoru,
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri

sia.az

Digər xəbərlər