Siyasət

  • 3 947

Eldəniz Səlimov: Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir

image

“Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlarla və Konstitusiya idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlarla və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı Şəhər İcra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün də müvafiq yerlər ayırıb”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, müxalifətəmitinq üçün Lökbatanda yer ayrılmışdı. Əgər müxalifət, “Milli şura” həqiqən dediyi kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayaqları idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirdilər. Bilirdilər ki, ora getsələr, daha da biabırçı duruma düşəcəklər, təbdirlərinə ən yaxşı halda mindən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdular. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün növbəti fürsət tanımağa çalışdılar.
“Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb, alınmır. Yenə də və bir daha fiaskoya, məğlubiyyətə məhkum oldular və olacaqlar. Həm də birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanda, hakimiyyət məsələsi küçələrdə həll olunmur. O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirdlərsə, güclərini seçkilərdə sınasınlar. Amma əmin deyillər, özləri-özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara da kim güvənəcək, etimad edəcək ki? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək, “bəlkə də qaytardılar” olmayacaq”-deyə, deputat qeyd edib.

sia.az

Digər xəbərlər