Siyasət

  • 4 133

YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

image

Bu gün YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
İclasda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, Xəzər RİH-nin başçısının müavini Vüqar Novruzov və YAP Xəzər rayon təşkilatının partiya aktivləri iştirak ediblər.
İclasda çıxış edənlər 19 oktyabrda radikal müxalifət tərəfindən sabitliyin pozulmasına yönəlmiş aksiyaya münasibət bildirərək qeyd ediblər ki, bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdilər.Lakin onların təxribatları bu dəfə də baş tutmadı.
Qeyd olunub ki, xalqın radikalları qəbul etməməsi bir daha təsdiqini tapdı. Əhalinin ölkədəki əminamanlığı pozmaq istəyənlərə öldürücü etinasızlıq göstərməsi xalqın ölkədəki sabitliyi yüksək qiymətləndirməsinin, Prezident İlham Əliyevə inamının, onun siyasətini müdafiə etməsinin, xalqla iqtidarın birliyinin əyani ifadəsidir. Bundan sonra da xalqımız bütün təxribatlara və təxribatçılara layiqli cavab verəcək, Azərbaycanın dövlət və milli maraqlarının keşiyində sayıq dayanacaq.

yap.org.az

Digər xəbərlər