Siyasət

  • 3 949

Türkiyə Qarabağ münaqişəsinin həllinə bu il daha çox səy göstərəcək

image

Türkiyə bu il Qarabağ məsələsi ilə bağlı daha çox səy göstərəcək. SİA Türkiyəyə məxsus mətbuat səhifələrində yayılan məlumata istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Məlumatda qeyd olunur ki, Türkiyənin xarici işlər naziri İstanbulda vasitəçilik üzrə 6-cı beynəlxalq konfransın açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.“Haberler” Çavuşoğlunun fikirlərini və ifadələrini olduğu kimi yayımlayıb. Xarici işlər naziri bu il Qarabağ münaqişəsinin həlli üçün Türkiyənin daha çox səy göstərəcəyini vurğulayıb. Mövlud Çavuşoğlu Türkiyənin münaqişənin diplomatik yolla həllini dəstəklədiyini də qeyd edib.Qeyd edək ki, Çavuşoğlunun bu fikirləri Ermənistana məxsus mətbuat səhifələrində də, məsələn, rusarminfo.ru saytında da dərc edilib. Ermənilərin bu bəyənata həssas yanaşdığı hiss olunur və Ermənistana məxsus KİV-lərdə də bu öz əksini tapır.

sia.az

Digər xəbərlər