Siyasət

  • 4 508

"Prezident yeni icra başçılarını qəbul edərkən onlara fəaliyyət planı verdi" ŞƏRH-ÖZƏL

image

“Prezident İlham Əliyevin ötən gün Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçıları ilə söhbətinin ictimailəşdirilməsi maraqlı yenilik kimi diqqəti cəlb edir. Təyinat almış nazirlərlə eyni formatda söhbətlərin ardınca icra başçıları ilə də oxşar formatda davranış Ölkə başçısının bütün kadr dəyişikliklərinə tələbkar və prinsipial yanaşdığının ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, Azərbaycan Prezidenti ötən gün təyin olunan yeni icra başçılarını qəbul edərkən, sözün əsl mənasında onlara fəaliyyət planı verdi: “Bu, onların fəaliyyəti üçün həm asanlaşdırıcı, həm də çətinləşdirici faktordur. Dövlət başçısı hər bir rayonun sosial-iqtisadi coğrafiyasını yeni başçılara təqdim etməklə əslində onlara yol xəritəsi göstərdi”.Ekspert söyləyib ki, Prezidentin sözügedən rayonlardakı yerli vəziyyətə yaxşı bələd olması yeni başçıları maksimum məsuliyyətə səsləyən güclü faktordu: “Bu iki icra başçısı Prezidentin yeni formatla təyin və cəmiyyətə təqdim etdiyi ilk icra başçılarıdır.Yeni başçılar vəzifələrinin konkret nələrdən ibarət olduğu barədə aydın mesajlar aldılar. Ölkə başçısı onkara rüşvət və korrupsiya ilə mübarizə aparmağı, xalq içində olmağı, prezidentə yalan məlumatlar verməməyi, media üçün açıq işləməyi, kadr məsələlərində nəsillərin həmrəylik prinsipinə maksimum sadiq olmağı, habelə mədəni ,tələbkar və işgüzar olmağı tövsiyə və tələb etdi, tapşırıq və tövsiyələrini on milyon xalqın gözü qarşısında etdi”.A.Quliyev qeyd edib ki, yeni icra başçılarının necə işlədiklərini, prezidentin tövsiyə və tələblərinə necə əməl etdiklərini bütün xalq izləyəcək: “Bu mənada təyin olunmuş başçıların çox ciddi sınaq qarşısında olduqlarını qeyd etmək lazımdır. Bu başçılar Prezidentin və xalqın qarşısında ikiqat məsuliyyət daşıyırlar. Yüksək etimad və ictimai təqdimatın yeni kadrlar üçün həm də yüksək təşəbbüskarlıq motivi olacağını düşünürəm”.

sia.az

Digər xəbərlər