Siyasət

  • 3 392

"Öz xalqını sevən siyasi qüvvə başqa dövlətlərin sanksiyasını rəva görməz” RƏY-ÖZƏL

image

"Milli Şura" kimi özünü xərcləmiş qondarma qurumların Azərbaycana beynəlxalq sanksiyalar tətbiqinə çağırışlar etməsi heç bir vətənpərvərlik normasına uyğun deyil, ciddi siyasi nəticələr doğura bilməz”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, bu cür çağırışlar "Milli Şura" deyilən qurumun ölkədə təsirli sosial-siyasi gücə malik olmadığını bir daha təsdiqləyir.Ekspertin sözlərinə görə, radikal dairələr Azərbaycanda xalqın dəstəyini ala bilmədikləri üçün öz siyasi hədəflərinə beynəlxalq dairələrin qeyri-legitim müdaxiləsi və təzyiqləri ilə nail olmaq istəyirlər: “Azərbaycanda media azadlığının olmadığını, vətəndaş cəmiyyətinə total təzyiqlərin edildiyini iddia etmək, qanunla icazə verilməyən yerlərdə aksiya keçirmək cəhdlərinin qarşısının alınmasını polis zorakılığı kimi şişirdərək təqdim etmək qeyri-obyektiv, qərəzli mövqedir, ölkənin daxili işlərinə qanunsuz xarici müdaxilələr üçün şərait yaratmaq cəhdidir".A.Quliyev vurğulayıb ki, Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətini sərt tənqid edən dövlət və beynəlxalq təşkilatların özlərində demokratik normaların əslində şirmaya çevrildiyini, məlum maraqlar tələb edəndə pozulduğunu, insan hüquqları kimi dəyərin müxtəlif ölkələrə münasibətdə ikili standartlar əsasında tətbiq edildiyini görmüşük, bunu sübut etməyə ehtiyac yoxdur: “Azərbaycanın bütün daxili siyasi problem və məsələləri ölkənin içində, daxili qanunvericilik və milli-mənəvi modelin yaratdığı imkanlar çərçivəsində müzakirə və həll edilməlidir. Bunun müxtəlif ölkələrdə alternativlərinin axtarışları vətənpərvər mövqe sayıla və Azərbaycan xalqı tərəfindən qəbul oluna bilməz. Milli Şura rəhbərlərinin belə çağırışları Azərbaycanda yadelli siyasi plan və modellərə uyğun olaraq sabitsizlik yaratmaq, bu baza üzərində hakimiyyət dəyişikliyinə nail olmaqdır. Belə planların mümkünsüz olmaqla bərabər, Azərbaycan dövlətçiliyinə və milli maraqlara uyğun olmadığını xalq bir sıra ölkələrin acı təcrübəsindən çox aydın başa düşür. Xaricdən sanksiyalar tətbiqinə çağırışlar həmin siyasi qrupların əslində Azərbaycan xalqının mənafelərini düşünmədiyini sübut edir. Öz xalqını sevən siyasi qüvvə başqa dövlətlərin sanksiyasını ona rəva görməz”.

sia.az

Digər xəbərlər