Siyasət

  • 4 206

"Paşinyan faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək" ÖZƏL-MÖVQE

image

"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi son dərəcə gülünc səslənir. Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla torpaqlarımıza göz tikdiyinin bariz nümunəsidir". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.Onun sözlərinə görə, Baş nazirin bu təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir: "Reallıq isə budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək".

sia.az

Digər xəbərlər