Siyasət

  • 3 653

"Münaqişənin ancaq bir həlli var, o da..."

image

"Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez bəyanatlar verir. Eyni zamanda bir vaxtlar məsələnin mahiyyəti ilə bağlı danışmaqdan imtina edirdisə, son dövrlərdə Azərbaycanın işğal altında olan torpaqlarını vermək fikrində olmadıqlarını açıq-aydın bildirir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, onun Xankəndində Dağlıq Qarabağ Ermənistandır fikrini bildirməsi ATƏT-in Minsk Qrupu Həmsədrlərini belə onu tənqid etməyə məcbur edib: “Münaqişənin ancaq bir həlli var, o da işğal olunmuş torpaqları Azərbaycanın suverenliyi altında qaytarmaq. Azərbaycan bundan başqa hər hansı bir variantla heç vaxt razı ola bilməz. Hesab edirəm ki, bu variant həm Azərbaycana, həm də Ermənistana sərf edir. Ayrıca bir Dağlıq Qarabağ yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycanın bir regionudur. Problemin həlli Ermənistanın sərhədlərinin açılması, Ermənistana investisiya qoyuluşu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yüksək muxtariyyət verməsi ilə nəticələnə bilər".

sia.az

Digər xəbərlər