Müşfiq Ələsgərli: “Azərbaycan xalqı müxalifləri rədd edir” RƏY-ÖZƏL

"Müxalifət tərəfindən ortaya atılan birlik kimi təşəbbüslər heç də yeni məsələ deyil". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, bu müxalifət mövcud olduğu 26 il ərzində 20 yaxın bu cür birliklər yaradıblar: "Amma müxalifət tərəfindən yaradılan bu birliklərin heç bir sona qədər getməyib, heç bir nəticə verməyib və bunlara uğur gətirməyib. Belə koalisiyalar ideya şəkilində olur, ya ümumiyyətlə baş tutmur, ya da baş tutsa da heç bir nəticə vermir. Demək olar ki, burda əsas onlara mane olan fəaliyyətlər var. Çünki bu koalisiyalar heç biri ideoloji əsas üzərində yaranmır. Burda merkantil maraqlar üzərində qurulur və ancaq qısa müddət fəaliyyət göstərə bilir. Bəzisi 1 il, 6 ay, 3 ay, 1 ay və bir necə həftə ərzində dağılıb sıradan çıxırlar. Çünki vurğuladığımız kimi bura qoşulan təşkilatların hər birini özünün ambisiyası var, hər birinin özünü şəxsi maraqları var. Belə olan halda müxalifətin bir ayara gəlməsi mümkün olmur. Bir sözlə, onların bu ambisiyalarının nəticəsidir ki, müxalifət tərəfindən yaradılan koalisiyalar, birliklər heç vaxt davamlı olmur və tezliklə dağılıb sıradan çıxırlar. Bu dəfə ki, məsələdə heç bir əsası olmayan, ciddi bazaya əsaslanmayan sadəcə gündəmdə qalmaq üçün ortalığa atdıqları bir ideyadır və əminik ki, bu koalisiyada digər koalisiyaların sonu kimi olacaqdır. Yəni bu koalisiyanın sonu da nəticəsiz tamamlanacaqdır. Çünki, bunlar bir şeyi unudurlar ki, siyasi fəaliyyətlə məşğul olmaq üçün mütləq şəkildə onların cəmiyyət arasında sosial bazaları, dayaqları olmalıdır. Azərbaycan xalqı müxalifləri rədd edir. Bir sözlə, müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda, onların nə isə bir uğur qazanması mümkün olan məsələ deyil".

sia.az