Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Lerik rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatından verilən məlumata görə, rayondakı 29 bələdiyyə üzrə 263 nəfərin namizədliyi irəli sürülüb. Bildirilib ki, namizədliyi irəli sürülənlər gürdükləri əməli işlərlə xalqın inam və etimadını qazanan, hər zaman öz bilik və bacarıqları ilə seçilən, intellekt səviyyəsi yüksək şəxslərdir. Hazırda 78 saylı Lerik Dairə Seçki Komissiyası üzrə imzatoplama kampaniyası uğurla davam edir.

yap.org.az