Siyasət

  • 3 836

"Onları yalnız Azərbaycan əsgəri başa salacaq” ÖZƏL - MÖVQE

image

"Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətli açıqlamalar verir. Onun çıxışı bir daha göstərir ki, Ermənistan sülh istəmir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Paşinyan hələ də nəticə çıxara bilməyib. Paşinyan əksinə əsil erməni xəstəliyinə tutulan biridir: “Onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar səsləndirməsi, davakar mövqe sərgiləməsi, Azərbaycanla normal münasibətlər göstərmək fikrində olmadığını göstərir. Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur”.Azərbaycan Prezidentinin ölkəmizin güclü dövlət və güclü orduya sahib olması ilə bağlı fikirlərini xatırladan E. Məmmədov söyləyib ki, əgər Ermənistan işğalçılıq siyasətini davam edərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir: “Göründüyü kimi Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır”.Deputat bildirib ki, Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır: “Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malikdir. Gedişat göstərir ki, erməniləri başqa cür başa salmaq mümkün deyil. Onları yalnız Azərbaycan əsgəri başa salacaq”.

sia.az

Digər xəbərlər