YAP Binəqədi rayon təşkilatı imzatoplama kampaniyasını uğurla davam etdirir

23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərində xalqa xidmət devizi ilə iştirak edəcək Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin imzatoplama kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı da YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasını uğurla davam etdirir.Yeni Azərbaycan Partiyası tərəfindən Binəqədi bələdiyyələrinə irəli sürülmüş namizədlər yerlərdə sakinlərlə görüşür, imza toplayırlar. Binəqədi rayonunda builki seçkilərdə, ümumilikdə, 5 bələdiyyə üzrə 81 nəfər partiya üzvünün namizədliyi irəli sürülüb.Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin sənədləri dairə seçki komissiyalarına təhvil verilmiş, imzaların toplanması və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi prosesi davam edir.

sia.az