Musa Quliyev: "2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu və sosialyönümlüdür"

“2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu sosial büdcədir. Büdcə həm iqtisadi inkişafımızın daha da yüksəlməsinə həm də əhalinin sosial rifah halının daha da yaxşılaşmasına xidmət edəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.O bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin 40 faizə yaxını sosial sahəyə həsr edilib.2019-cu ilin sosial müdafiə sahəsində xüsusi il olduğunu deyən deputat söyləyib ki, cari ildə ölkə başçısı tərəfindən bu istiqamətdə imzalanan 30-a yaxın fərman və sərəncamlar, iki mühüm sosial paket sayəsində minlərlə insanın rifah halı daha da yaxşılaşıb.Onun sözlərinə görə, hər il ölkəmizdə əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur: “Uçot vergi və sığorta bazasının təkmilləşdirilməsi ilə bağlı yeni üsullar tapılmalıdır. Yeni iş yerlərinin açılması əmək müqavilələrinin bağlanmasında şəffaflığı təmin etmək üçün 5 il müddətində kiçik və orta sahibkarlar vergi ödəmələrindən azad edilib. Bu, həm sahibkarların fəaliyyətinin, həm də sığorta bazarının genişlənməsinə xidmət edir".M. Quliyev çıxışının sonunda təmsil olunduğu Gəncə şəhərində 3 saylı təcili tibbi xəstəxananın təmir edilməsini xahiş edib.

sia.az