Siyasət

  • 3 313

"2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcimli büdcədir"

image

"Ölkəmizdə Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində sosial-iqtisadi inkişafın yüksək səviyyədə təmin edilməsi, makroiqtisadi sabitliyin qorunması öz növbəsində büdcə parametrlərinin ilbəil daha da yaxşılaşmasını şərtləndirib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlementin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.O bildirib ki, "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi də bu baxımdan istisna deyildir: "Vurğulamaq istərdim ki, təqdim olunan büdcə layihəsi ölkəmizdə sabitliyin, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da vurğulandığı kimi, xalqın hakimiyyətə inamının artdığı, makroiqtisadi sabitliyin qorunduğu, bütövlükdə cəmiyyətimizin yeniliklərə kökləndiyi bir şəraitdə hazırlanıb. Azərbaycan son illərin ən yaxşı inkişaf göstəricilərini məhz 2019-cu ilin arxada qalan dövrü ərzində qazanıb. Təbii ki, ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib. Deyə bilərik ki, təqdim olunan proqnozlar ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasına adekvatdır. Layihədəki rəqəmlərdən də göründüyü kimi, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcimli büdcədir".Deputat söyləyib ki, Sənəddə 2020-ci il dövlət büdcəsinin gəlirləri nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulub: "Başqa sözlə desək, dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olacaq. Müqayisə etsək, görərik ki, 2020-ci ilin dövlət büdcəsi cari ilin büdcəsindən 967 milyon manat və ya 4,2 faiz çoxdur. Eyni zamanda, 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz artım deməkdir".H.Məmmədov qeyd edib ki, təqdim olunan layihəyə nəzər saldıqda aydın olur ki, ölkəmizin dərinməzmunlu sosial siyasəti gələn ildə də davam etdiriləcək: "Layihəyə əsasən, 2020-ci ilin dövlət büdcəsində sosialyönümlü siyasətin reallaşdırılması ilə bağlı xərclər prioritet istiqamət olaraq nəzərdə tutulub və sosialyönümlü xərclər nəzərəçarpacaq artımla proqnozlaşdırılıb. 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10,4 mlrd. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 2605,8 mln. manat və ya 33,5 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2019-cu illə müqayisədə 7,7 faiz bənd çox olmaqla 38,5% təşkil edəcək. Növbəti ilin büdcə layihəsində də sosial sfera üçün nəzərdə tutulan vəsaitin həcminin artırılmasının proqnozlaşdırılması bütövlükdə Azərbaycan dövlətinin özünün sosial siyasətinə sadiqliyini bir daha təsdiqləyir. Hesab edirəm ki, perspektivdə də sosial sferanın prioritetliyinin təmin olunması ölkədə vətəndaş məmnunluğunu daha da artıracaq"

sia.az

Digər xəbərlər