"Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir" ÖZƏL-AÇIQLAMA

"Azərbaycan beynəlxalq səviyyədə nüfuzu günü-gündən artmaqdadır. Dünya ölkələri tərəfindən Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, son vaxtlar ölkəmizdə bir çox beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur: "Biz bu günlərdə Qoşulmama Hərakatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşünü Bakıda keçirdik. Bu toplantıda 159 ölkə və beynəlxalq təşkilatdan olan nümayəndələr iştirak edirdi. Azərbaycanın bu hərakatda sədrlik etməyə başlaması onun nüfuzunun göstəricisidir. Bir neçə gün bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması da təbii ki, ölkəmizin inkişafı ilə birbaşa bağlıdır.Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə innovasiyaların və texnologiyaların inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılıb layihələr həyata keçirilib. Bu gün Azərbaycanın 3 peyki var və dünyanın üçdə birinə kosmik xidmətlər göstərir. Yəni belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin dəstək verməsi heç də təsadüfi deyil. Oktyabırn 29-da “ Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edən Prezident İlham Əliyev konqresden sonrakı dövrün Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalı olduğunu deyib. Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi də ölkəmizin dünyanın inkişaf etmiş astronavtika sənayesi haqqında yeni zəngin məlumatlar, texnologiyalar əldə etməsi üçün imkanlar yaradacaq".

sia.az