Siyasət

  • 3 446

Tahir Rzayev: “Rusiya Ermənistanı silahlandırır ” RƏY-ÖZƏL

image

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanda səsləndirdiyi fikirlər həmsədr ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində üzərilərinə götürdüyü vasitəçilik prinsiplərinə və beynəlxalq hüquq normalarına ziddir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, demək olar ki, Sergey Lavrov əvvəllər də münaqişənin həlli məsələsində ermənipərəst mövqedən çıxış edib: "Yəni Sergey Lavrovun Ermənistana səfəri zamanı rəsmi danışıqlarda ermənipərəst mövqeyi hiss olunurdu. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın çox böyük rolu var. Ümumiyyətlə problemin nizamlanmasında birinci dərəcəli rolu Rusiya daşıyır. Çünki Rusiya Ermənistanı silahlandırır, Ermənistanda öz hərbi bazasını yerləşdirir və daimi olaraq Ermənistana dəstək verir. Düzdü son zamanlar ölkə rəhbəri Valdimir Putinin çıxışlarında Azərbaycana münasibətdə yaxınlaşma hiss olunur. Ancaq çox təəssüflər olsun ki, ermənipərəst qüvvələr eləcə də Sergey Lavrov hər zaman münaqişənin həlli məsələsində ermənilərin tərəfindən çıxış edirlər".

sia.az

Digər xəbərlər