Siyasət

  • 3 894

Xalq kimləri silib-süpürüb atacaq? REALLIQ

image

Əli Kərimlinin və ətrafının əxlaqsızlıqları sağlam düşüncəli insanları hiddətləndirir

Əli Kərimlinin özünün və yaxın ətrafının şərəf, ləyaqət və s. mühüm prisniplərə layiq olmadıqları barədə mediada, sosial şəbəkələrdə, ictimaiyyət arasında kifayət qədər çox danışılıb, çox yazılıb. Lakin bütün bunlara rəğmən, fakt budur ki, Ə.Kərimli istər AXCP-ni zəbt etdiyi andan, istərsə də sonrakı dövrlərdə özü haqqında, eyni zamanda əxlaqsızlıqları ilə gündəmə gəlmiş ətrafı haqqında ortaya çıxan faktları bir kənara qoyub, sözün həqiqi mənasında həyasızlıq nümayiş etdirərək, hələ də “siyasi mülahizələri” ilə cəmiyyətin zəhləsini aparmaqda davam edir.
Əli Kərimli bilmirmi ki..?
Guya aydan-arı, sudan da duru olduqlarını hər vəchlə ictimai rəyə sırımağa çalışan AXCP sədri bilmir ki, vaxtilə özbək fahişələri ilə saunada eyş-işrət edib, sonra da fotoşəkilləri yayılan Qənimət Zahidlə Azər Əhmədov daha hansı oyunlardan çıxıb? Yaxud, Ə.Kərimli bilmirmi ki, A.Əhmədov öz baldızının qızı ilə yatağa girib və videosu sosial şəbəkələrdə yayılmışdı? Özünü müxalifətin “anası” kimi təqdim edən, “milli-demokratik cəbhənin lideri” kimi sırıyan Kərimli bilmirmi ki, bu günə qədər onun yanından gedən, istefa verən şəxslərin hər biri ona nə qədər nifrət edirlər və bu nifrətlərini açıq-aydın şəkildə xalqa çatdırıblar? Guya “demokratik addım” ataraq, müavinlikdən istefa verən Fuad Qəhrəmanlının öz ailəsinə, uşaqlarına qarşı sərgilədiyi sadizm əməllərindən, qəddarlığındandamı bixəbər idi Ə.Kərimli? Əlbəttə ki, bunu da bilirdi. Hətta bilə-bilə vəziyyəti düzəltməsi yerinə, baş verənləri gizlətməyə səy göstərirdi. AXCP sədri düşündüyü kimi, sağlam düşüncəli insanları deyil, əslində özünü axmaq yerinə qoyaraq, nə qədər həyasız, arsız biri olduğunu sübut edir.
Vidadi Mirkamalın əxlaqsızlığı və Əli Kərimlinin isə həyasızlığı!
Elə götürək, “Milli Şura” tərəfindən “ədliyyə generalı” kimi təqdim edilən Vidadi Mirkamalı. Həmin V.Mirkamalı ki, özündən 30 yaş kiçik olan, qızı yaşında, özü də evli və özü də 10 yaşlı qız övladı olan bir xanımı tələsinə salıb, zorlaması faktı üzə çıxdıqdan sonra, Ə.Kərimli utanıb-qızarmadan sosial şəbəkələrə çıxıb, həmin adamı müdafiə etdi, üstəlik sərsəmcəsinə iddia elədi ki, V.Mirkamala iftira-filan atırmışlar və s. Bax, həyasızlığın ən yüksək dərəcəsi də budur!Elə tanınmış jurnalist Mirşahin Ağayevin də həmin faktı ifşa etməsindən sonra bəlli oldu ki, V.Mirkamal vəkil adı altındakı fəaliyyəti ilə yanına hüquqi yardım üçün gələn, özündən 30 yaş kiçik evli qadını müxtəlif vədlərlə yoldan çıxarıb. Bahalı hədiyyələrlə, müxtəlif vədlərlə həmin qadını şirnikləşdirərək nə az, nə də çox - düz bir il ərzində onunla intim münasibətdə olub, üstəlik həmin qadını hamilə buraxıb və sonradan şantaj edərək, abort etdirib. Bu baxımdan, insan nə qədər qırmızı, arını bilməyən, mənəviyyatdan, şərəf və ləyaqətdən uzaq olmalıdır ki, belə bir addıma getmiş ünsürə dəstək olsun ki, Ə.Kərimli onu da etdi!
Bu arada, başına bəla gətirmiş V.Mirkamalın əməllərindən bezərək, başına gələnləri həyat yoldaşına etiraf edən həmin xanım xilasını da bunda gördü. Ona görə də onun şərti adı ilə təqdim edilən həyat yoldaşı Vəliyev Zamin Adil oğlu mətbuata və müvafiq qurumlara belə bir məktubla müraciət etdi. SİTAT: “Mən, Bakı sakini Vəliyev Zamin Adil oğlu böyük ürək ağrısı ilə sizə müraciət edir və köməklik göstərməyinizi xahiş edirəm. Mən halal zəhmətimlə dolanan, sadə vətəndaşam. Ailəm, 10 yaşlı bir qızım var. Halal zəhmətimlə ailəmi dolandırır, övladımın təlim-tərbiyəsi ilə məşğul oluram. Son vaxtlar həyat yoldaşım Vəliyeva Gülzar Ələsgər qızının (ad şərtidir-red) mənə olan soyuq münasibətlərindən və başqa hərəkətlərindən şübhələnməyə başlamışdım. Buna görə ona göz qoymağı və mobil telefonuna nəzarət etməyi qərara aldım. Bu zaman öyrəndiklərim məni dəhşətə gətirdi. Öyrəndim ki, həyat yoldaşım Gülzar Vidadi adlı biri ilə mənə xəyanət edir. Vidadi adlı şəxs şirin vədlər, hədiyyələrlə onu aldadıb, yoldan çıxarıb, əxlaqsızlığa təhrik edib. Onunla Nərimanov rayonunda yerləşən mənzilində və Pirşağı qəsəbəsində yerləşən bağ evində görüşüb. Gülzar ondan hamilə qalanda isə abort elətdirib. Gülzarın dediyinə görə, o indi öz səhvini başa düşüb. Vidadidən ondan əl çəkməyi xahiş etsə də, Vidadi onu şantaj edərək bildirib ki, əgər dediklərini etməsə, xəyanət etdiyini ərinə və qohumlarına deyəcək. Yəni rüsvay edərək başına oyun açacaq. Bir ildən çoxdur ki, Vidadi həyat yoldaşımı bu kimi hədələrlə qorxudaraq onunla zorla intim əlaqədə olmağa məcbur edir”.
“Gəlirik”, “gəlməkdəyik” haray-şivənləri ilə üz-gözlərini cıran bu tiplər müxalifətçilik adında imtina etməklə, siyasət arenasını tərk etməlidirlər!
Göründüyü kimi, həmin məktubda yazılanlardan hiddətlənməmək, dəhşətə gəlməmək olmur. Yəni bir şəxs nə qədər şərəfdən və ləyaqətdən uzaq biri olmalıdır ki, bütün bu çirkinliklərə, azyaşlı qız uşağının gözünü yaşlı qoymaq, ailəni dağıtmaq qədər mənfur əməllərə getsin. Üstəlik, öz halalca əməyi ilə ailəsinə çörək aparan bir kişini qohum-əqrəbası, dost-tanışları yanında gözükölgəli etsin!Bəli, baiskar yenə də, AXCP sədri Ə.Kərimlidir ki, ətrafında V.Mirkamal kimi və s. kimi qeyri-insani hisslərə malik ünsürləri saxlayır.Nəticə isə bəllidir: “gəlirik”, “gəlməkdəyik” kimi haray-şivənləri ilə küçələrə çıxıb, üz-gözlərini cıran bu tiplər birdəfəlik müxalifətçilik adında imtina etməklə, siyasət arenasını tərk etməlidirlər. Əks halda, xalqımızın, millətimizin adına ləkə gətirən bu satqınlar sürüsünü xalq özü silib-süpürüb atacaq və bunda da hazırdır!

sia.az

Digər xəbərlər