Siyasət

  • 4 429

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

image

Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası yüksək səviyyədə hazırlaşır. Hazırda isə seçki kampaniyası çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsi başa çatmaq üzrədir. YAP-ın yerli strukturları bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Pirallahı rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.

YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin 11 nəfər üzvü var. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun sözlərinə görə namizədlərin qeydə alınması üçün noyabrın 5-dən başlanmış imza toplanılması prosesi uğurla başa çatıb: “Bu prosesi 13 nəfər partiya fəalı həyata keçirib. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 150 seçici imzası tələb olunur. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imzatoplamada iştirak etdilər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir.”
YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri onu da bildirib ki, əsasən artıq məntəqə seşki komissiyalarının seçkilərə hazırlıq vəziyyətləri araşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır.

yap.org.az

Digər xəbərlər