Siyasət

  • 3 336

“Dövlətlərin ərazi bütövlüyü məsələsinə həssas yanaşılır” RƏY-ÖZƏL

image

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ümumiyyətlə, münaqişə vəziyyəti ilə bağlı bəzi mövqelər sərgilədi". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, hər şeydən öncə o Ermənistanın son zamanlar intensiv şəkildə səsləndirdiyi bir məsələ ilə bağlı fikrini bildirdi: "Belə ki, Ermənistan tərəfi xüsusilə, Nikol Paşinyan qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qoşulması məsələsini tez-tez gündəmə gətirir. Sergey Lavrov bununla bağlı mövqeyini bildirərək qeyd etdi ki, danışıqların formatının dəyişdirilməsi münaqişə tərəflərindən asılıdır. Yəni burada mütləq Azərbaycanın mövqeyi nəzərə alınmalı idi. Düzdür, Sergey Lavrov bunu birbaşa səsləndirməsə də, amma onun fikrindən çıxan nəticə budur. Azərbaycan isə birmənalı şəkildə qondarma rejimlə hər hansı bir danışıqlar aparmayacaqdır. Azərbaycanın mövqeyi bundan ibarətdir. Deməli Rusiyanın da Sergey Lavrov simasında dəstəklədiyi mövqe ondan ibarətdir ki, bundan sonra danışıqlar Ermənistanla Azərbaycan arasında aparılacaqdır. Sergey Lavrov orada həm ərazi bütövlüyü, həm də ki, xalqların müqəddəratını təyin etmə imkanlarını qeyd etdi. Əslinə qalsa Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağa təcürbə də mövcud olan ən yüksək statusu verməyə hazır olduğunu bildirib. Təbii ki, burada da müəyyən şərtlər gözlənilməlidir. Yəni birincisi, Qarabağda azərbaycanlı əhalinin yenidən məskunlaşdırılması, onların təhlükəsizliyinin təmin olunması və məsələlərinin həll olunmasında sonra Dağlıq Qarabağın statusu məsələsi həll oluna bilər. Bu da birmənalı olaraq müstəqil, hər hansı bir siyasi qurum formasında ola bilməz. Bu məsələ heç müzakirə obyekti də, deyil. Dağlıq Qarabağın muxtariyyət məsələsi müzakirə oyektidir. Sergey Lavrovun ərazi bütövlüyü məsələsini səsləndirməsi isə təbii ki, ondan xəbər verir ki, dövlətin ərazi bütövlüyü məsələsinə həssas yanaşılır. Yəni Azərbaycanın ərazi bütövlüyü pozulmamalıdır. Təbii ki, Sergey Lavrovun diplomatik ritorikası bir sıra məqamlara hesablanmış ola bilər. Amma reallıq naminə qeyd etmək lazımdır ki, Sergey Lavrov orda ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə məsələsi ilə yanaşı ərazi bütövlüyü məsələsini də səsləndiribdir. Ərazi bütövlüyü heç bir halda pozula bilməz, bu Azərbaycanın maraqlarına cavab verir. Amma xalqların müqəddəratını təyin etmə məsələsi, bu mütləq deyil ki, müstəqil bir dövlət şəkilində olsun. Hesab edirəm ki, Sergey Lavrovun səsləndirdiyi fikirlərdən biz öz maraqlarımız, xeyrimiz və ədalətli mövqeyimiz üçün istifadə etməliyik və edə bilərik. Çünki orda o məqamlar aydın şəkildə sezilir, sadəcə olaraq onu qabardıb ictimailəşdirmək lazımdır".

sia.az

Digər xəbərlər