Siyasət

  • 3 326

"Azərbaycan və Qazaxıstan iki qardaş ölkədir"

image

"Azərbaycan və Qazaxıstan iki qardaş ölkədir. Bu cür beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması təqidrəlayiqdir". SİA-nın xəbərinə görə, bunu Qazaxıstan Müsəlmanları Ruhani idarəsinin sədri Serikbay Oraz Dünya dini liderlərinin II Bakı Sammitinin II plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, bütün dünyanı və icmaları narahat edən problemlərin həllinin taplmasında bizim işimiz və məsuliyyətimiz var: "Dünya ictimaiyyəti qarşısında işimiz gündən-günə artmaqdadır. Qazaxıstanın keçmiş prezident Nursultan Nazarbəyevin təşəbbüsü ilə ölkəmizdə dini rəhbərlərin qurultayı keçirilib".
S.Oraz qeyd edib ki, bu gün dünyadakı vəziyyət dininin rolunun ciddi qavranışını tələb edir: "İctimai siyasi sabitliyin bərqərar olunmasında dinin əhəmiyyəti qeyd olunur. Quranı Kərimdə də deyilir ki, bir-birinizə mömünlükdə dəstək olun. Peyğəmbərin sözlərində də oxşar ifadələri oxuyurq. Biz heç zaman unuutmamalıyıq ki, mümkün xidmətlər Allahın mərhəmətinə, ruzisinə aparan yoldur. Bu yolu möhtərəm Allahşükür Paşazadənin fəaliyyətində xüsusi şəkildə görürük. Qazaxıstan olaraq biz də sizə qoşulur, hər zaman geniş və səmərəli əməkdaşlığa hazır olduğumuzu bildiririk. Allah bizə ailə mqəsədlərə nail olmaqda yar olsun".

sia.az

Digər xəbərlər