Siyasət

  • 3 619

Pavel Zarifullin: Azərbaycan bir sıra xalqların və dinlərin birliyinin mərkəzinə çevrilib

image

Azərbaycan multikulturalizm və tolerantlıq dəyərlərini təbliğ edən ölkədir və dünya din xadimlərinin forumunun məhz Bakıda keçirilməsi bunun bariz təsdiqidir.

Bunu Trend-ə rusiyalı ekspert və siyasi xadim Pavel Zarifullin deyib.
O bildirib ki, bir avrasiyalı olaraq bu amil onun üçün çox vacibdir:
“Bir müddət əvvəl mən Bakıda, “Atəşgah” muzeyində olmuşam. Ora həmin yerdir ki, min illər boyunca zərdüştilərin və digər din nümayəndələrinin müqəddəs odu yanıb. Məni təəccübləndirən isə odur ki, orta əsrlərdə dinlərin və məzhəblərin tez-tez dəyişdiyi, dini zəmində vətəndaş müharibələri baş verən vaxtlar idi və heç bir multikulturalizmdən söhbət gedə bilməzdi. Amma “Atəşgah” Bakı üçün min illər boyunca, indiki dillə desək tolerantlıq və multikulturalizm mərkəzi olub. Çünki buraya yerli zərdüştilərdən əlavə, xarici tacirlər, onlarla birlikdə şivaitlər, vişnuitlər gəlirdi və öz tanrılarına, mədəniyyətlərinə səcdə edirdilər. Onlara heç kim heç nə demirdi, əksin, yerli sakinlər onların sakit ibadət edə bilmələri üçünü lazımi şəraiti yaratmışdı”.
Ekspert əlavə edib ki, “Atəşgah” muzeyinin necə gözəl bərpa olunmasından heyran olub:
“Bu, onu göstərir ki, müasir Azərbaycan keçmiş zamanların dinlərarası münasibətlərin tolerantlıq ənənələrini qoruyub saxlayır. İndi bu, çox vacibdir”.

yap.org.az

Digər xəbərlər