"Azərbaycanda dövlət-din münasibətləri sivil səviyyədə qurulub" ÖZƏL-MÜNASİBƏT

"Bakıda dünən Dini liderlərin II Sammiti öz işinə başlayıb. Sammitdə dünyanın hər bir yerindən müxtəlif dinlərin və konfensiyaların rəhbərləri iştirak edirlər. Sammitə qatılan ölkə başçımız cənab İlham Əliyev geniş nitq söyləyib. Cənab Prezdent öz nitqində Azərbaycanda olan tolerant və multikultural mühüt haqqında danışaraq bu gün ölkəmizin dünyada dinlərarası dialoqun genişlənməsinə verdiyi töhvələrimizə də toxunub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycanda dövlət-din münasibətləri çox yüksək və sivil səviyyədə qurulub: "Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinə və Dini etiqad azadlığına həsr olunmuş xüsusi maddələr mövcuddur ki, ölkəmiz də bu ana qanunun tələblərini rəhbər tutaraq dövlət siyasətini müəyyənləşdirib. Bu gün Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq ölkəmizdə olan bütün dinlərin inkişafına dövlət qayğısı mövcuddur. Dövlətin dəstəyi ilə məscidlər, kilsələr, sineqoqlar yenidən qurulub və insanlara dini ayinlərin həyata keçirilməsinə tam azad şərait yaradılıb. Təbii ki, dünyada Azərbaycan kimi müxtəlif dinlərə ölkədə belə azad şəraitlər yaradan ikinci ölkə tapmaq çətindir. Hətta dünyanın inkişaf etmiş ölkələrində islamafobiya, ksenofobiya halların mütəmadi olaraq baş verdiyini biz müşahidə edirik. Amma onlardan fərqli olaraq Azərbaycanda bu günə qədər milli, irqi və dini müstəvilərdə heç vaxt münaqişə və xoşagəlməz hallar, təqib müşahidə olunmayıb. Bu bizim ölkəmizin başqa ölkələrdən fərqimiz və gözəlliyimizdir.Nə qədər ki, dünyada vahid bir fikir olmayacaq, islamafobiya, xristanofobiya, ksenofobiya halları davam edəcək sülh və əminamanlıqdan danışmaq çətin olacaqdır. Azərbaycan dünyada qeyd etdiyim bu mövzularda bir barışın, dialoqun yaratması missiyasını öz üzərinə götürüb və ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər də bunu deməyimizə imkan verir. Bütün dünya ölkələri çalışmalıdırlar ki, ədalətsizliyə birgə mübarizəni gücləndirsin, dünyada sülh və əminamanlıq olsun. İnsanlar öz dini, milli, irqi mənsubiyyətlərinə görə əziyyət çəkməsinlər. Bu missiyanı Prezdent İlham Əliyevin və I Vitse-Prezdent Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə çox yüksək səviyyədə həyata keçirilir və dünyada çox yüksək dəyərləndirilir".

sia.az