Siyasət

  • 3 826

“Müxalifət bu çirkli biznesdə iştirak etdiklərinə görə məsuliyyət daşıyırlar” RƏY-ÖZƏL

image

"Bütün hallarda xaricidə ifşa olunmuş həmin adamların vaxtı ilə və indi Azərbaycanda partiyalara müxtəlif tellərlə bağlı olduqları üçün siyasi təşkilatlar məsuliyyət daşıyırlar". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, onların əksəriyyəti Müsavatın keçmişdə ki, fəallarıdır və "Milli Şura"da fəaliyyət göstərən bəzi qurumların üzviləri olublar: "Bu qurumlar həm öz üzvlərinin fəaliyyətini yalnış istiqamətə yönəltdiklərinə görə, həm də onlarla birlikdə bu çirkli biznesdə iştirak etdiklərinə görə məsuliyyət daşıyırlar. Çünki böyük və ciddi ehtimallar var ki, xaricidə qurulmuş və böyük pullar, qazanclar gətirən həmin o siyasi mühacir biznesindən gələn gəlirlərin müəyyən bir hissəsi Azərbaycana gəlir və bəzi radikal qüvvələr üçün həmin o gələn pullar bir yaşamaq, dolanışıq mənbəyidir. Ona görə də, həmin xaricidə siyasi mühacir şəbəkəsi yaradan radikal qüvvələr tamamilə məsuliyyət daşıyırlar. Bu biabırçı faktlara hələ indiyə qədər Müsavat partiyası və başqa radikal qüvvələr heç bir reaksiya verməyiblər. Bunu özü bir daha göstərir ki, bəli, onlar da bu işdə maraqlı olublar və məsuliyyət daşıyırlar".

sia.az

Digər xəbərlər