Siyasət

  • 3 413

"Hər bir insanın inancına xüsusi ehtiram göstərilir" ÖZƏL-MÜNASİBƏT

image

"Dünya dini liderlərinin ikinci Zirvə görüşünün ölkəmizdə keçirilməsi mühüm bir hadisə idi və bu tədbirə Bakının ev sahibliyi etməsi təsadüfi deyildi. İlk növbədə ona görə ki, Bakı dünyada humanitar, siyasi, elmi-mədəni tədbirlərə illərdir uğurla ev sahibliyi edir və artıq ölkəmiz dünyada ən müxtəlif mövzuların dialoq mərkəzi kimi tanınır. Digər tərəfdən, ölkəmizdə dövlət-din münasibətləri mükəmməl şəkildə qurulmuşdur və bu artıq bir nümunə kimi digər dövlətlər tərəfindən də öyrənilir və tətbiq edilir". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib."Əlbətdə ki, cənab Prezidentin bu mötəbər məclisdə iştirakı xüsusilə qeyd edilməlidir və elə bunun özü bir daha dövlət başçımızın dünyanı narahat edən bu həssas mövzuya nə qədər önəm verdiyini bir daha nümayiş etdirir. Bu həm də ölkə başçımızın dini dəyərlərə diqqətinin bariz nümunəsi idi. Bilirik ki, Azərbaycanda bütün dini icmalara bərabər imkanlar yaradılmışdır və hər bir insanın inancına xüsusi ehtiram göstərilir. Ölkəmiz çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və Konstitusiya ilə hamının hüquqlarını müdafiə olunur.Ölkəmizdə dini dözümlülük, tolerantlıq mühiti hər zaman mövcud olub və babalarımızdan bizə miras qalmış bu gözəl ənənə artıq xalqımızın həyat tərzinə çevrilmişdir. Müasir dünyanda gedən dinlərarası gərginliklər, münaqişələrdə din faktorundan istifadə hallarına qarşı Azərbaycanın hər zaman kəskin mövqeyi olub və xüsusilə, ölkəmizin vətəndaşlarının böyük bir çoxluğunun sitayiş etdiyi islam dininin məqsədli şəkildə mənfi formada təqdim edilməsi hallarına qarşı birmənalı olaraq münasibətini ortaya qoymuşdur. İslam dostluq dinidir, əxlaq dinidir, barış və sülhü aşılayan dindir və onun terror dini kimi tədqim edilməsinə qarşı ölkəmiz həmişə haqq səsini bəyan etmişdir. Təsadüfi deyildi ki, Zirvə görüşündə dini azlıqların nümayəndələri də iştirak edirdilər və bu dialoqda hər bir tərəfə eyni imkanlar yaradılmışdı. Və bu tədbir bir örnək idi. Azərbaycan dünyada yeganə ölkədir ki, burada məscidlərə, kilsələrə, senaqoqlara bərabər münasibət göstərilir və dövlət dini icmalara normal fəaliyyət göstərmələri məqsədilə pul ayırır.Olduqca vacib bir məqam ondan ibarətdir ki, bu kimi beynəlxalq tədbirlərdə ölkəmiz tanınır, Azərbaycan həqiqətləri təbliğ edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratığı humaniytar fəlakətlər barədə məlumatlar verilir. Cənab Prezidentin çıxışında bu məsələ geniş yer almışdı. Prezident erməni vandalları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də tarixi torpaqlarımız olan indiki Ermənistan ərazilərində xalqımızın bütün mədəni və dini abidələrinin, ziyarətgahlarımızın dağıdılması faktlarını diqqətə çatdırdı. Həmçinin, Azərbaycanın muzeyləri və müxtəlif mədəni sərvətləri erməni barbarları tərəfindən dağıdılıb. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər Azərbaycana qarşı təkcə işğalçılıq, etnik təmizləmə deyil, eyni zamanda dini ayrı-seçkilik siyasəti də aparırlar. Bizim ölkəmiz fərqli dinlərin liderlərini bir araya gətirir, sülhə çağırış edir, xalqları bir-birilərinin mədəniyətlərinə, dini inanclarına hörmətə səsləyir, işğalçı Ermənistan isə dini məbədlərimizi, ibadət yerlərimizi, qəbirlərimizi, abidələrimizi dağıdır. Bu cür tədbirlər işğalçının iç-üzünü bir daha dünyaya təqdim etmək baxımından da gözəl platformadır".

sia.az

Digər xəbərlər