Siyasət

  • 3 771

Reverend Nektarios: Azərbaycanda dinlərarası dialoqun inkişafı istiqamətində fəal iş aparılır

image

Müxtəlif dini konfessiya və təriqət liderlərinin ümumi məqsəd naminə belə mötəbər tədbirdə bir araya gəlməsi Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə nümunədir. Azərbaycanda müxtəliflik, tolerantlıq, multikulturalizm və dialoqun inkişafı kimi məsələlər üzrə fəal iş aparılır.

Bu fikirləri Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinin iştirakçısı, Antioxiya Yunan Ortodoks kilsəsinin mitropoliti Elias Audinin şəxsi nümayəndəsi Reverend Nektarios jurnalistlərə müsahibəsində deyib.
Reverend Nektarios bildirib: “Bakı Sammiti bir daha sübut etdi ki, müxtəliflik fikir ayrılığı demək deyil, əksinə, müxtəliflik insan həyatını zənginləşdirir və fanatizm, radikalizm kimi mənfi ideyalara qarşı çıxır. Belə tədbirlərdə biz fərqlilik barədə nəinki təkcə müzakirələr aparırıq, həmçinin dinlər, mədəniyyətlər və xalqların müxtəlifliyinə tolerant yanaşaraq təcrübələrimizi bölüşürük. Bu da öz növbəsində əməkdaşlıq və dialoq üçün münbit mühit yaradır”.

yap.org.az

Digər xəbərlər