Siyasət

  • 3 584

"Büdcə Azərbaycan vətəndaşlarının marağı çərçivəsindədir" ÖZƏL-ŞƏRH

image

“2020-ci ilin dövlət büdcəsi müstəqilliyimiz tarixində həcm etibarilə ən böyük büdcədir. Bunun özü çox sevindirici haldır. Digər tərəfdən dövlət büdcəsinin həm təqdimatı, tərtibi baxımından, həm də iqtisadi və funksional tərtib olunması baxımından çox mütərəqqi addımlar atılır" Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib."İlk növbədə qeyd edək ki, dövlət büdcəsi hələ hökumətə təqdim olunmamışdan öncə Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilmişdi. Bu çox mühüm bir hal idi. Nə baxımından? Bütün vətəndaşlarımızın, ictimaiyyətin, eləcə də istənilən insanların həmin büdcə ilə tanış olmaq imkanları var idi. Çünki dövlət büdcəsi bütün Azərbaycan vətəndaşlarının marağı çərçivəsindədir. Bununla belə büdcəmiz sosial yönümlü və investisiya yönümlü büdcədir. 2019-cu ildə olduğu kimi 2020-ci ilin dövlət büdcəsi də yeni büdcə qaydaları ilə tərtib olundu. Bu nə deməkdir? Xərclənə bilən neft gəlirləri müəyyənləşir, eyni zamanda icmal büdcənin xərclərinin yuxarı həddi müəyyənləşir. Digər tərəfdən büdcə inflyasiya nəzərə alınmaqla tərtib olunmuşdu. Çünki 2020-ci ildə təxminən 4 faiz ətrafında inflyasiya proqnozlaşdırılırdı ki, bu da yeni ilin büdcəsində nəzərə alınmışdı. Sosial xərclərə ayrılan maliyyə vəsaiti 2019-cu illə müqayisədə daha artıq proqnozlaşdırılıb. 2020-ci ildə sosial xərclərə 2,6 milyard vəsait xərclənəcək.Bütövlükdə bunlar investisiya yönümlü xərclərin stimullaşmasının təmin olunacağı üçün bizdə əminlik yaradır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi onu göstərir ki, iqtisadi artımımız çox qənaətbəxş olacaq. Bu isə ümumi daxili məhsulun təxminən 3 faiz civarında artımını səciyyələndirir. Ümumiyyətlə dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsinin proqnozlaşdırılması o ölkənin iqtisadi göstəricilərinin bir nümunəsidir. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat nəzərdə tutulub, xərcləri isə 26,9 milyard manat nəzərdə tutulub. Büdcə kəsiri isə 3,3 faiz civarında olacaq"-deyə, A.Hüseynov fikrini tamamlayıb.

yap.org.az

Digər xəbərlər