Siyasət

  • 4 128

“Adları miqrant alverində çəkilən müxalif şəxslər istefa verməlidirlər” RƏY-ÖZƏL

image

"Faktlara istinadən demək olar ki, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və müxalifət düşərgəsində təmsil olunan digər şəxslər çoxda siyasətdən tamamilə çıxıb getməli idilər. Nəyə görə? Çünki bunların xalq tərəfindən heç bir dəstəyi yoxdur". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, yəni adları çəkilən qüvvələr tamamilə Azərbaycan xalqının dəstəyini itiriblər: "Artıq bunların fəaliyyətsizliyi və xalqa zidd siyasət aparmaları səbəbindən rəhbərlik etdikləri partiyaların strukturları dağılıb. Ölkədə keçirilən bütün seçkiləri də uduza-uduza gəlirlər. Amma görünür adları çəkilən şəxslər üçün siyasətdə qalmaq bir yaşam tərzidir, gəlir mənbəyidir və bunların əlindən başqa bir iş gəlmir. Bu gün həmin radikal partiyalarını və onların liderlərinin adları çox ciddi bir qalmaqalda hallanır. Bu təkcə siyasi qalmaqal deyil, burda cinayət tərkibli məsələ də, var. Düşünürəm ki, adları miqrant alverində və digər qanunsuz əməllərdə çəkilən müxalif şəxslər istefa verməlidirlər. Təbii ki, bu şəxslərin istefa vermələri heç də onları hüquqi məsuliyyətdən azad etmir. Yəni, onların hüquqi məsuliyyətinə baxılmalıdır. Çünki bu çox ciddi bir məsələdir, Azərbaycanın imicinə zərər vurur. Mətbuatdan oxuyuruq ki, yüzlərlə insan ifşa olunmuş həmin çetenin vasitəsi ilə siyasi mühacir statusu alıbdır. Belə çıxır ki, guya Azərbaycanda insanların hüquqları pozulur, guya Azərbaycanda şərait yoxdur. Əlbəttə ki, burda kimin günahı varsa hər kəs öz cəzasını çəkəcəkdir. Demək olar ki, bu birbaşa onların xislətinin açıb cəmiyyətə göstərir. Bundan sonra müxaliflərin siyasətdə qalması çox böyük bir biabrçılıq olar".

sia.az

Digər xəbərlər