Siyasət

  • 3 221

“Bunu birbaşa Almaniya hökumətinin hüquq mühafizə orqanları deyir” RƏY-ÖZƏL

image

"Müxalif söyüş qrupunun üzvləri təbii ki, Azərbaycandakı radikal müxalifət rəhbərliyinin zəmanəti əsasında Avropaya gediblər və o zəmanət əsasında da məkrli qüvvələr tərəfindən qəbul olunublar". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, yəni siyasi mühacir olmağın şərtlərindən biri bu partiyaların onlara siyasi mühacirə getmək məcburiyyətində qalması haqqında arayış verməsi ilə başlayır: "Onlar zəmanət verirlər. Uzun illərdi ki, bunu Azərbaycan hökuməti və Azərbaycandakı ictimai fəallar deyirlər. Amma o partiyalar bunu etiraf etmək istəmirlər. Bu dəfə ki fakt budur ki, bunu Azərbaycan hökuməti və ya Azərbaycandakı ictimai fəallar yox, birbaşa Almaniya hökumətinin hüquq mühafizə orqanları deyir. Təbii ki, bu məsələ dərindən araşdırılmalıdır. Çünki o insanlar xaricə öz başlarına getməyiblər, onlar müəyyən partiyaların, təşkilatların zəmanəti əsasında gediblər. Kimlər verib onlara o zəmanəti, kimlər təşkil edib bu işi, hansı maraqlar qarşılığında ediblər, bu məsələlər geniş şəkildə araşdırılmalıdır və ölçü götürülməlidir. Çünki ora gedəndən sonra birbaşa onların əksəriyyəti anti-Azərbaycan fəaliyyəti göstəriblər. Xarici pozucu dairələrin göstərişi ilə bizim xalqımıza, dövlətimizə qarşı istifadə olunublar. Ona görə də, bu məsələlərlə bağlı müxalif partiyalar müəyyən cavabdehlik daşıyırlar. Onları bu yola təhrik edən şəxslər, partiyalar, təşkilatlar və onlara zəmanət vermiş şəxslər haqqında istənilən halda araşdırılma aparılmalı və hüquqi ölçü götürülməlidir. Ona görə ki, bu proses bitməyib və siyasi mühacir adı ilə xarici ölkələrə indidə gedirlər. Bir sözlə, bu məsələ geniş araşdırılmalıdır".

sia.az

Digər xəbərlər