Siyasət

  • 3 452

"Bakı şəhəri bundan sonra da beynəlxalq görüşlərə ev sahibliyi edəcək" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan milli maraqlar üzərində qurulan, praqmatik yanaşmalara, cəmiyyətdən gələn sosial sifarişlərə əsaslanan, eyni zamanda daim qarşıya yeni hədəflər qoymaqla reallaşdırılan məqsədyönlü siyasət sayəsində bütün parametrlər baxımından yüksək inkişafa nail olub". Bunu SİA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Deputatın sözlərinə görə, Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasəti bilavasitə islahatlar kursu kimi səciyyələndirmək mümkündür: "Ölkənin zəngin potensialı və qlobal miqyasda meydana çıxan çağırışlar, yeni inkişaf trendləri nəzərə alınmaqla hazırlanan islahatlar, deyə bilərik ki, həyatın bütün sahələrini əhatə etmişdir və beləliklə də, respublikamızın nümunəvi inkişaf modeli formalaşmışdır. Təsadüfi deyil ki, Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, biznes mühitinin optimallaşdırılması, infrastruktur təminatının yaxşılaşdırılması, bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq səviyyədə nüfuzlu reytinq agentliklərinin, o cümlədən Dünya Bankının, Ümumdünya İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan son hesabatlarında yüksək dəyərləndirilib.Bütövlükdə, 2019-cu ilin ötən dövrü Azərbaycan dövlətçiliyi tarixində çox ciddi məqamlarla yadda qalmışdır. Keçirilən bir sıra hökumətlərarası və beynəlxalq tədbirlərdə möhtərəm Prezidentimiz İlham Əliyev dünya şöhrətli lider kimi qəbul olunmuş və Bakı şəhəri bundan sonra da bir neçə il bu tipli görüşlərə ev sahibliyi edəcəkdir.Azərbaycan əhalisi və hər birimiz üçün önəmli hadisələrdən biri də Prezidentimizin dəfələrlə səsləndirdiyi kimi 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi yadda qaldı. Belə ki, iki paket Fərman və sərəncamlarda Azərbaycan əhalisinin 4,2 milyon nəfəri, təxminən 3 milyard manat civarında sosial müdafiə ilə əhatə olundu, vətəndaşlarımızın böyük bir qrupunun ödənişləri 40%-dən 2 dəfəyə qədər yüksəldi.Büdcə məsələlərinə gəlincə, deyə bilərəm ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub".

sia.az

Digər xəbərlər