Siyasət

  • 3 158

"Gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq" ÖZƏL-MÜNASİBƏT

image

“2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu və sosial yönümlü büdcədir. Gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çoxdur”. Bu fikirləri SİA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.M.Quliyev bildirib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində sosial xərclər 38,6 faiz təşkil edir. Onun sözlərinə görə, bu, müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcədir.“Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri də bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Eyni zamanda nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da müstəqillik dövrümüzdə ən yüksək səhiyyə büdcəsidir. Bu büdcə gələn il əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir. Tibbi xidmətlərin keyfiyyəti daha da yaxşılaşacaq. Azərbaycan vətəndaşlarının cibdən vəsait ödəməsinə ehtiyac qalmayacaq”-deyə, M.Quliyev vurğulayıb.

sia.az

Digər xəbərlər