Siyasət

  • 3 143

UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib

image

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun nəzdindəki Qoşulmama Hərəkatına üzv ölkələr qrupunun iclası keçirilib.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin bəyanatı müzakirə edilərək qəbul olunub.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündən danışılıb. Üzv ölkələrin nümayəndələri çıxış edərək, Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik ediblər.
İclasda Venesuelanın Yerli Xalqlar naziri Aloha Nunyez UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrliyi Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənova təhvil verib.
UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov Azərbaycanın sədrliyi ilə qrupun iclasını açaraq sözü Xarici İşlər nazirinin müavini Ramiz Həsənova verib.
Ramiz Həsənov UNESKO-dakı bu mandatın Qoşulmama Hərəkatı çərçivəsində birliyi və həmrəyliyi daha da möhkəmləndirmək istiqamətində böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, xüsusilə də mədəniyyət tədbirlərində Qoşulmama Hərəkatına üzv ölkələrin iştirakı məsələsinə də toxunulub. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin fəaliyyətini Bandunq prinsiplərinə uyğun quracağı, dialoqu inkişaf etdirəcəyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan təşkilatın 120 üzv ölkəsi arasında siyasi məlsəhətləşmələri və əməkdaşlığı inkişaf etdirərək daha da möhkəmləndirməyə çalışacaq.
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupunun iclasında UNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov və qurumdakı daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev də iştirak ediblər.

yap.org.az

Digər xəbərlər