Siyasət

  • 3 290

"Ermənistanda daxili gərginlik artıq qarşıdurmaya keçə bilər" ÖZƏL-MÖVQE

image

“Ümumiyyətlə bu gün Paşinyan təkcə özünü deyil, Ermənistanı da gərginlik quyusuna soxub. İşğalçı ölkənin quyudan çıxma ehtimalı da çox aşağıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, həm Paşinyanın yürütdüyü sərt siyasət, həm də Paşinyanın Rusiyaya qarşı yürütdüyü siyasət, eyni zamanda işğalçı siyasət yürütməsi gərgin vəziyyətdə olan ölkəni daha da gərginləşdirib: “Bundan başqa nəzərə alsaq ki, Ermənistana qaz satışında hər min kubmetrində 15 dollar artması işğalçı ölkə üçün çox böyük bir məbləğdir. Yəni hadisələrin gedişi göstərir ki, Paşinyanın yarıtmaz siyasəti tezliklə əks mövqe ilə özünü bildirəcək. Yəni Ermənistan həm bölgədə təklənib, həm də Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində kifayət qədər daxili gərginlik yaranıb.Nəzərə alsaq ki, Ermənistanda baş verən hadisələrdə də məhz Azərbaycanın böyük siyasi rolu var. Bütün bunların hamısı göstərir ki, Ermənistan-Rusiya münasibətlərində Paşinyan nə qədər çalışsa da yaxşılaşması ehtimalı çox aşağıdır. Baxmayaraq ki, bunlar uzun müddətdir tərəfdaşdırlar, əməkdaşdırlar və hər zaman Ermənistan Rusiyanın vassalı olub. Hadisələrin gedişi göstərir ki, Ermənistanda daxili gərginlik artıq qarşıdurmaya keçə bilər və növbəti hakimiyyət dəyişikliyi gözlənilir. Amma bütün hallarda Rusiya ilə Ermənistanın münasibətlərinin yaxşılaşacağı ehtimalı çox aşağıdır".

sia.az

Digər xəbərlər