Siyasət

  • 3 218

Ermənilərin hər zaman təxribata gedə biləcəklərini unutmamalıyıq

image

Qarakənd faciəsi bütün Azərbaycan xalqının, elitanın faciəsi idi, çünki, Azərbaycanın demək olar ki, hakim elitasının ən aparıcı özəyi həmin vertolyotda idi və vurularkən həyatlarını itiriblər. Bunu SİA-ya müsahibəsində Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq qeyd edib ki, biz həmişə ermənilərin nə boyda təxribata gedə biləcəklərini unutmamalıyıq.

“Biz eyni zamanda unutmamalıyıq ki, hökmən xalqın içərisində elita ilə xalqın fasiləsiz birliyi olmalıdır. Yəni, Azərbaycanın o dövrdəki geri getmələri, bizim məğlubiyyətlərimizin ən əsas səbəblərindən də biri o oldu. Bu onu göstərir ki, elitasız xalq ciddi bir şey əldə edə bilməz. Eləcə də hökmən elita ilə xalq arasında birlik vacibdir”, deyə mərkəzin sədri bildirib.Qarakənd faciəsini torədən ermənilərin terrorçuluq xisləti ilə yanaşı onların düşmənçiliyinə də toxunub.
“Vertolyotun vurulmasını reallaşdıran Erməniləri başqa çür xarakterizə etmək də düzgün deyil. Bu erməninin xislətidir və onların başqa namərdlikləri də var. Onların buna bənzər başqa terror hadisələri də var. Yəni, erməni ola bilər dünyanın başqa dövlətləri ilə təmasda olanda özünü başqa cür aparsın. Amma Azərbaycan və azərbaycanlılar üçün erməni həmişə düşməndir və mən elə başa düşürəm düşmən də olacaq”, deyə Mübariz Əhmədoğlu vurğulayıb.

sia.az

Digər xəbərlər