Siyasət

  • 5 151

Rasim Quliyev: "YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb" AÇIQLAMA-ÖZƏL

image

“Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurət, sosial sifariş əsasında yaranmışdı. Partiya xalqın şəxsiyyət ətrafında toplaşmış insanların ideya birliyi idi”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.YAP-ın yaranma zərurətinə tarixi nəzər salan ekspert xatırladıb ki, xalq Sovet İmperiyasında mövcud ayrı-seçkilik münasibəti, ermənilərin azərbaycanlılara qarşı açıq deportasiyasına etiraz olaraq ilk dəfə 1988-ci ilin noyabrın 17-dən başlayaraq kütləvi şəkildə mübarizəyə qalxdı: “O zamana qədər Sovet İmperyasında xalqın belə açıq şəkildə mübarizəsi çox nadir halda, bəzi respublikalarda epizodik şəkildə baş vermişdi. Ancaq Azərbaycan xalqı kütləvi mübarizəyə qalxaraq, dekabrın 4-dən 5-nə keçən gecə sovet əsgərlərinin dəyənəyinin zərbələrini yedi. Həmin dövrdə həm mənəvi, həm də psixoloji şəkildə öz dövlətində Sovet İmperiyasının dəyənəyini yedikdən sonra xalq özünün liderini, güvənəcəyi şəxsi mübarizə meydanında görmədi və dekabrın 31-də Azərbaycan xalqı yenidən həmrəylik göstərərək mübarizəyə qalxdı. 1990-cı ilin yanvarın 20-sində isə xalqımız artıq imperiyanın dəyənək zərbəsini deyil, açıq qətliam zərbəsini aldı. Məhz bundan sonra Azərbaycan xalqı özünün liderini axtarmağa başladı. Xalq mənəvi şəkildə özünün gücsüz, başsız olduğunu bir daha dərk etdi”.R.Quliyev söyləyib ki, həmin dövrdə istər Azərbaycanda meydan hərəkatında, istərsə də sonrakı dövrlərdə xalqın tribunasında çıxış etmək istəyən həqiqi ziyalılarla yanaşı, populist mikrafon həvəskarları da var idi: “Lakin onların heç biri həqiqi liderə çevrilə bilmirdilər. Çünki, xalq onları lider kimi görmürdü. Xalqın üzü öz dəsti-xəttinə, öz idarəçiliyinə, əqidəsinə, intellektinə bələd olduğu, tanıdığı Ulu Öndər Heydər Əliyevə 1990-cı ildə yenidən döndü. Xalq həmin dövrdə yaranan Yeni Azərbaycan Partiyasının ideoloji təbliğatını aparmaq imkanında və marağında deyildi. Xalq yalnız öz Liderini tanıyırdı və Onun ətrafında toplaşan insanları qəbul edirdi. Bununla da ideya birliyi ətrafında yığışan insanlar öz partiyasını yaratdılar. Bu partiya həmin dövrdə sözsüz ki, cəmiyyətin idarə olunmasında bir təşkilat rolunu oynamaq məqsədi daşıyırdı və həmin məqsədə nail oldu”.Mərkəz sədri qeyd edib ki, xalq sosial sifarişlə yaranan YAP-ı daha sonra iqtidarda görmək istədi və nəticədə xalqın dəstəyi ilə partiya iqtidara gətirildi: “YAP Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın idarə olunmasında çox böyük, müstəsna siyasi məktəb rolunu oynadı. YAP yarandığı dövrdə Sovet İttifaqı hüdudları çərçivəsində yeganə Kommunist Partiyası idisə, daha sonra Azərbaycanda ən böyük sosial bazası, funksional strukturu olan ən ciddi partiya məhz YAP oldu. Partiya hazırki müasir inkişaf dövründə yeniləşərək, dünyanın tələblərinə uyğun, beynəlxalq münasibətlər sisteminə intqrasiya edərək regionda ən ciddi, dayanıqlı, struktura malik olmaqla yanaşı, özünün ideoloji, müəyyən olunan, sabit, inkişafda olan mütərəqqi partiyadır. Əhalinin say nisbəti ilə partiyanın say tərkibinə nəzər salsaq, bəlkə də Avropada YAP-la rəqabət apara biləcək partiya tapmaq mümkün deyil. Bu gün böyük xalq izdihamlarının dəstəklədiyi partiya böyük siyasi tədbirlər yüksək səviyyədə təşkil etməklə yanaşı, özünü ən müasir intellektual dəyərlər, modern texnoloji vasitələrlə ifadə edə bilir. Mən bu gün YAP-ı regionda ən böyük, güclü, intellektual səviyyəsi yüksək olan partiya kimi dəyərləndirirəm. Qonşu dövlətlərdə də hazırda YAP-la həm texniki, həm ideya, həm təşkilatçılıq, həm struktura, həm də funksionallıq baxımından rəqabət apara biləcək ikinci partiya görmürəm. Bu gün artıq cəmiyyətdə, Azərbaycan dövlətində çox ciddi siyasi rəqabət var. YAP cəmiyyət, xalq izdihamı arasında öz möhürünü vurub, nüfuzunu layiq olduğu yerdə tutub”.

sia.az

Digər xəbərlər