Siyasət

  • 3 196

“Yeni büdcə təhsilimizin dinamik inkişafına öz böyük töhfələrini verəcək” ÖZƏL

image

“Azərbaycan dövlətinin inkişafı və tərəqqisi ilbəil daha da güclənir və sürətlənir. Əldə edilən nailiyyətlər ölkəmizin istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzunu daim yüksəldir”. Bu fikirləri SİA-ya millət vəkili, AMEA-nın vitse-prezidenti, akademk İsa Həbibbəyli 2020-ci il üçün qəbul olunmuş büdcə layihəsini şərh edərkən deyib.Onun sözlərinə görə, ümumiyyətlə, Prezident İlham Əliyev cənabları tərəfindən müəyyənləşdirilən və bilavasitə Onun iradəsinə söykənən, eləcə də xalqın maraqlarına cavab verən inkişaf strategiyası növbəti uğurlara doğru açılan yoldur.İsa Həbibbəyli qəbul olunmuş yeni dövlət büdcəsinin bir sıra əhəmiyyətləri barədə danışarkən bildirib ki, ölkəmizdə aparılan sosial-iqtisadi islahatların əsas məqsədi dayanıqlı iqtisadi inkişaf modeli qurmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, sosial qayğı və dəstəyi artırmaqdır.Millət vəkilinə görə, büdcənin gəlir hissəsində artımın müstəsna olaraq qeyri-neft və vergi gəliri hesabına formalaşması, bu sahədə şəffaflıq və etimad mühitinin yaranması, eyni zamanda, büdcə xərclərinin 38,5 faizinin sosial sahəyə ayrılması, bu tədbirlərin davamı üçün büdcədə əlavə ehtiyatların nəzərdə tutulması, eləcə də, iqtisadi aktivliyin və yeni iş yerlərinin açılması üçün vəsaitlərin nəzərdə tutulması 2020-ci ilin dövlət büdcəsinin Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü və praqmatik sosial-iqtisadi islahatları özündə əks etdirdiyini deməyə kifayət qədər zəmin yaradır. Belə ki, gələn ilin büdcəsi bütün sahələri əks etdirir. Məhz bu baxımdan da, millət vəkili hesab edir ki, ölkədə aparılan uğurlu iqtisadi islahatlar birinci oxunuşdan qəbul edilən büdcənin tərtibində də öz əksini tapıb. Belə ki, büdcə sistemi haqqında qanuna edilən dəyişikliklər, yeni büdcə xərclərinin təsnifatı və s. faktorkar da qeyd edilən amillərə söykənir.O cümlədən, büdcə təhsil sistemini də əhatə edən büdcədə göstərilən rəqəmlər də uğurlu nəticələrə söyənir. “2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur”, deyə qeyd edən İsa Həbibləyli əlavə edib ki, 2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək. Bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur: “Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-da xüsusi çəkisi 3,8 faiz olacaq ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 0,9 faiz-bənd çoxdur. Həmçinin, təhsil xərclari üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının va tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bütün bu gerçəkliklər həm də belə bir faktoru əhatə edir ki, ölkə başçısı Azərbaycanda təhsilin ən ali səviyyədə inkişafı üçün strateji inkişaf konsepsiyası müəyyənləşdirib və 2020-ci ilin büdcəsində göstərilən rəqəmlər digər sahələri də əhatə etməklə, təhsilimizin davamlı, dinamik inkişafına öz böyük töhfələrini verəcək”.

sia.az

Digər xəbərlər