Siyasət

  • 3 505

Dağlıq Qarabağ münaqişəsi Rusiyanın marağında olan məsələdir

image

Sergey Lavrovun bəyanatları Ermənistanın Dağlıq Qarabağ siyasətinə güclü zərbə vurub. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq keçirdiyi mətbuat konfransında münaqişə ilə bağlı cərəyan edən son proseslərlə əlaqədar fikirlərini bölüşüb.“RF Xarici İşlər naziri S.Lavrov Yerevanda mətbuat konfransına Ermənistanın “ev tapşırığının” güclü olduğu üzə çıxdı. Nəinki erməni jurnalistləri, hətta Rusiyadan gələn jurnalistlər də Dağlıq Qarabağ münaqişəsini aktuallıqda saxladılar. Verilən 4 sualdan 3-ü rusiyalı jurnalistlərin sualları idi və bu suallar bu və ya digər formada Dağlıq Qarabağ mövzusunu qabartmışdı. Bir neçə məqamı xüsusi vurğulamaq yerinə deşər.I. S.Lavrov bildirdi ki, danışıqların iştirakçılarının tərkibini tərəflər müəyyənləşdirməlidir. Başqa sözlə, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakına Bakı konsensus verməlidir. Bakının konsensusunu almaq üçün isə Yerevan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlara qatılması məsələsini aktuallaşdırmalıdır.

II. S.Lavrov Dağlıq Qarabağın danışıqlardan tərəf olaraq uzaqlaşdırılmasının səbəbi kimi R.Köçəryanı göstərdi. Bu, Lavrovu tanımaq üçün kifayət qədər vacib məqamdır; Lavrov üçün prezident Putinin mövqeyini unutmaq çətin deyil, və ya Lavrov ciddi mövqe formalaşdırmağı prioritet hesab etməyən diplomatdır.
III. Lavrov Paşinyana iqtibas etdi, amma Paşinyanın dediklərinin mahiyyətini dəyişdirdi: Dağlıq Qarabağın taleyini Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan həll etməlidir. Paşinyana görə isə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları müəyyən etməli idi.
IV. S.Lavrov Dağlıq Qarabağ tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etdi. Birinci yerdə ərazi bütövlüyü prinsipini, ikinci yerdə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipini, üçüncü yerdə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipini qoydu. ATƏT MQ-nin bütün sənədlərində birinci yerdə güc tətbiq etməmək prinsipi, ikinci yerdə ərazi bütövlüyü prinsipi, üçüncü yerdə xalqların öz müqəddəratını təyinetmə prinsipidir.Ermənistan üçün güc tətbiq etməmək prinsipinin birinci yerdə olması çox vacibdir. Bu prinsipin birinci yerdə olması Ermənistan üçün müharibənin qıfılı rolundadır. Başqa sözlə, müharibə olmamamalıdır, müharibə olmayacaq. Lavrov bu prinsipi birinci yerdən üçüncü yerə dəyişməklə müharibənin açarına çevirdi. Başqa sözlə, S.Lavrovun əvvəlki verdiyi bəyanatlarını da nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsi regionunda lokal müharibələri müvafiq, uyğun, bəlkə də zəruri hesab edir.Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığı Ermənistan üçün hədsiz dərəcədə siyasiləşmiş mövzu olub. İllər boyu Ermənistan heç vaxt ərazi bütövlüyü prinsipini ikinci yerdə göstərməyib, üçüncü yerdə göstərib. Hətta azərbaycanlılar da güc tətbiq etməmək prinsipinin yerini dəyişməyə cəsarət etməyiblər. Lavrovun belə yerdəyişməsi müharibənin yaxında olduğunu göstərir və Dağlıq Qarabağ münaqişəsi regionunda lokal müharibə hal-hazırda Rusiyanın ən ciddi marağında olan məsələdir. Çünki Lavrov ermənidir və öz ermənilərini çox gözəl tanıyır. Başa düşür ki, müharibəsiz məsələni həll edə bilməyəcək”, deyə politoloq bildirib.

sia.az

Digər xəbərlər